28 Fevral 2020 17:08
457
CƏMİYYƏT
A- A+

Dünya Səhiyyə Təşkilatı koronavirusa qarşı mübarizədə tez və qətiyyətli addımlar atmağa çağırıb


Dünya Səhiyyə Təşkilatı (DST) yeni növ koronavirusun dünyanın müxtəlif ölkələrində yayılması ilə əlaqədar vəziyyətin "həlledici məqama” çatdığını elan edib.

AZƏRTAC xəbər verir ki, DST-nin baş direktoru Tedros Gebreyesus mətbuat konfransında dünya ölkələrini virusun yayılmasına qarşı mübarizədə tez və qətiyyətli addımlar atmağa çağırıb. O, qeyd edib ki, qətiyyətli və erkən atılan addımlar virusun "məskunlaşması”nın və bununla da yoluxma hallarının qarşısını ala bilər.

T.Gebreyesus eyni zamanda Çin Xalq Respublikasında infeksiyanın qarşısının alınması üçün görülən tədbirləri yüksək qiymətləndirib və qeyd edib ki, bu tədbirlər həqiqətən yoluxma hallarının azalması və nəticədə epidemiyanın aradan qalxması ilə nəticələnə bilər. DST-nin rəhbəri bir sıra ölkələrdə ilk dəfə yoluxma hallarının elan olunmasını da narahatlıq doğurduğunu, bununla belə infeksiyanın qarşısının alınması üçün şansların yüksək olduğunu ifadə edib: "Əgər infeksiyaya qarşı aqressiv reaksiya göstərilsə, o zaman infeksiyanın yayılmasını dayandıra və insanların həyatını xilas edə bilərsiniz”. Bunun üçün infeksiyanın erkən müəyyən edilməsi, xəstələrin təcrid edilərək karantinə alınması və yoluxmuş xəstələrlə təmasda olan şəxslərin nəzarətə götürülməsi daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video