28 Fevral 2020 15:57
501
İQTİSADİYYAT
A- A+

Azərbaycanla Gürcüstanın enerji sistemləri arasındakı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb


Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə "Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.

"Azərenerji”dən AZƏRTAC-a bildirilib ki, Gürcüstan Dövlət Enerji Sistemi ASC-nin sədri Uça Uçanaşvilinin də iştirak etdiyi görüşdə Azərbaycanla Gürcüstanın enerji sistemləri arasındakı mövcud əməkdaşlıq əlaqələri və bunun perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkənin Gürcüstan olduğunu xüsusi vurğulayan B.Rzayev bildirib ki, Azərbaycan Türkiyə və Avropaya ötürdüyü elektrik enerjisini məhz Gürcüstandan keçməklə ixrac edir.

Görüşdə texniki məsələlər, ölkələr arasında tranzit xarakterli yüksəkgərginlikli elektrik ötürmə xətlərinin hazırkı vəziyyəti, tikilməkdə olan Ağstafa-Qardabani xəttində işlərin son mərhələyə keçməsi barədə geniş müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video