Alternative content

01:44 30 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Təhsil nazirinin iştirakı ilə üzv şirkətlər üçün görüş təşkil edib
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Təhsil nazirinin iştirakı ilə üzv şirkətlər üçün görüş təşkil edib
ANA SƏHİFƏ / Təhsil
15:27 28.02.2020

Fevralın 28-də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə "Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti” mövzusunda görüş təşkil etdi. Tədbirdə səfirliklərin və dövlət qurumlarının təmsilçiləri, üzv şirkətlərin direktor və nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, görüş CCIAF-ın idarəedici direktoru Zibər Hüseynova və İdarə Heyətinin sədri Teybə Quliyevanın açılış nitqi ilə başlanıb. Sonra Fransanın Azərbaycandakı səfiri Zakari Qros çıxış edərək iki ölkə arasında təhsil sahəsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb və bu kimi tədbirlərin təhsil, biznes, iqtisadiyyat sahəsində əlaqələrin genişləndirilməsi baxımından mühüm olduğunu qeyd edib.

Sonra Təhsil naziri Ceyhun Bayramov təhsil sahəsindəki son islahatlar, təhsilin modernləşdirilməsi üçün müəyyənləşdirilən strategiya və özəl sektor ilə təhsil institutları arasında əməkdaşlıq perspektivləri barədə məlumat verib. O, uğurlu islahatların həyata keçirilməsi və əmək bazarının tələbatlarına uyğun kadr hazırlığı üçün biznes sahibləri ilə dövlət institutları arasında sıx əməkdaşlığın vacib olduğunu vurğulayıb.

Tədbirdə Palatanın üzvləri olan UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev də çıxış ediblər. Onlar universitetlərin beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və gələcək fəaliyyət planları barədə iştirakçılara məlumat veriblər.

Görüş sual-cavab, ardınca netvorkinq sessiyası ilə davam edib. Xatırladaq ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir. Palatanın əsas məqsədi iki ölkə arasında iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Bununla yanaşı, üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir. Eyni zamanda, Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM