Alternative content

02:05 30 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nepalın yüksəkvəzifəli nümayəndə heyəti “ASAN xidmət”də olub
Nepalın yüksəkvəzifəli nümayəndə heyəti “ASAN xidmət”də olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:21 28.02.2020

Nepal Daxili İşlər Nazirliyinin yüksəkvəzifəli nümayəndə heyəti "ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, həyata keçirilən layihələr və müvafiq sahələr üzrə əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə ölkəmizdə səfərdə olub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlarla görüşü zamanı bu ilin yanvarında agentliyin nümayəndə heyətinin Nepala səfərini diqqətə çatdırıb. Həmçinin Nepal nümayəndə heyətinin ölkəmizə səfərinin müvafiq sahələr üzrə davam edən əməkdaşlığa daha da təkan verəcəyi bildirilib.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqlara dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyası barədə məlumat verilib və Nepal tərəfinin müvafiq təşkilata qoşulması ilə əlaqədar müzakirə aparılıb.

Görüşdə dövlət idarəetməsi sahəsində son dövrdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, ASAN təcrübəsinin həyata keçirilməsi, dövlət xidmətlərinin göstərilməsi, habelə elektron hökumət sahəsindəki uğurlu fəaliyyətin BMT tərəfindən mükafatlandırılması və digər beynəlxalq səviyyəli mükafatlar diqqətə çatdırılıb.

Səfər çərçivəsində nümayəndə heyəti "ASAN xidmət” mərkəzi, Səyyar "ASAN xidmət”, "ASAN Radio”, ASAN Təlim-Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlara Elektron Hökumətin İnkişafı Mərkəzində Dövlət Agentliyinin müxtəlif elektron layihələri, o cümlədən "ASAN Viza”, "MyGov”, "ASAN Ödəniş”, "E-Agro”, "E-Satınalma” layihələri barədə geniş təqdimat edilib. Tərəflər arasında "ASAN Viza” təcrübəsinin öyrənilməsi və bu sistemin Nepalda tətbiqi ilə əlaqədar ilkin razılıq əldə olunub.

Nepaldan olan nümayəndə heyəti, eyni zamanda "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olub.

Qonaqlar dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və bu qabaqcıl təcrübələrin Nepalda tətbiqinə dair maraqlarını ifadə ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM