Alternative content

00:39 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbi və İstanbul Texnik Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı Ali Neft Məktəbi və İstanbul Texnik Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
ANA SƏHİFƏ / Təhsil
12:55 28.02.2020
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karaca ilə görüşüb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüş Bakı Ali Neft Məktəbinin nümayəndə heyətinin iştirak etdiyi Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş "Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti” çərçivəsində baş tutub.

Görüş zamanı BANM ilə İTU arasında tədris və elmi tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparılıb. Eyni zamanda, kompüter mühəndisliyi, birgə akademik proqramların həyata keçirilməsi, professor müəllim heyəti və tələbə mübadiləsi, o cümlədən SOCAR Türkiyə Enerji A.Ş., BANM və İTU arasında birgə innovasiya layihəsinin reallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün davamı olaraq İTU-nun rektoru Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyətinin martın 5-6-da BANM-ə gəlməsi və razılaşdırılmış məsələlərlə bağlı müvafiq müqavilələrin imzalanması qərara alınıb.

Görüşdə SOCAR Türkiyə Enerji A.Ş-nin baş direktoru Zaur Qəhrəmanov da iştirak edib.

Məlumat üçün bildirək ki, İstanbul Texnik Universiteti mühəndislik və memarlıq sahələrində ixtisaslaşmış ali təhsil məktəbidir və dünyanın qabaqcıl texniki universitetlərindən biri hesab olunur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM