Alternative content

23:07 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Polkovnik Vaqif Dərgahlı: Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr yüksələn xətlə inkişaf edir
Polkovnik Vaqif Dərgahlı: Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr yüksələn xətlə inkişaf edir
ANA SƏHİFƏ / SİYASƏT
12:53 28.02.2020

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan ilə Türkiyə arasında bir çox sahəni əhatə edən mühüm sənədlərin imzalanması mərasimi keçirilib. Xüsusilə hərbi və hərbi-maliyyə sahəsində əməkdaşlığa dair imzalanan müqavilələr iki ölkə arasındakı hərbi əlaqələrin inkişafına müsbət töhfə verəcək.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin iki ölkə arasında hərbi əlaqələrə müsbət təsiri ilə bağlıAZƏRTAC-a açıqlamasında deyib.

V.Dərgahlı bildirib ki, Azərbaycan ilə Türkiyə arasında ilk hərbi müqavilə 1992-ci ildə imzalanıb. Sonrakı illərdə isə bu sahədə bir çox müqavilə imzalanıb. Türkiyə ilə Azərbaycan arasındakı hərbi əlaqələr bir sıra normativ-hüquqi aktlara söykənir. Bunlar Azərbaycan Ordusunun hərbi qulluqçularının Türkiyədə təhsil alması, birgə hərbi təlimlərin keçirilməsi, texniki və elmi sahədə əməkdaşlıq və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının mütəmadi təşkil edilməsidir. İki ölkə arasında Yüksək Səviyyəli Hərbi Dialoq İclası qarşılıqlı şəkildə Azərbaycan və Türkiyədə keçirilir.

Ölkələrimiz arasında imzalanmış müqavilələr hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığı əhatə edir. Bu günədək Türkiyədə keçirilən müxtəlif ixtisas kurslarında Azərbaycan Ordusunun 9 minə yaxın nümayəndəsi iştirak edib. 2018-ci il dekabrın 19-da Türkiyə ilə Azərbaycan arasında imzalanan hərbi tibb sahəsində təhsil və əməkdaşlıq müqaviləsinə əsasən hər il ölkəmizdən 100 hərbi qulluqçu ödənişsiz müalicə olunur.

İki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə hərbi təlimlərin keçirilməsidir. Buna misal olaraq, "EFES”, "Anadolu Ankası”, "Qış Təlimi”, "Anadolu Ulduzu”, "Erciyes-2019”, "Anadolu Qartalı”, "Mustafa Kamal Atatürk”, "Sarsılmaz Qardaşlıq”, "TurAz Qartalı - 2019” və bu il keçiriləcək "Heydər Əliyev - 2020” təlimlərini göstərmək olar. Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlər təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib.

Tərəflər arasında hərbi əməkdaşlığın digər vacib tərəfi müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsidir. Bakıda 2018-ci ildə "ADEX-2018” və İstanbulda 2019-cu ildə "İDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan verib.

Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın NATO ilə əməkdaşlığının inkişafına da öz töhfəsini verir. Belə ki, Azərbaycan sülhməramlıları Türkiyə hərbi kontingentinin tərkibində 1998-2008-ci illərdə Kosovoda (KFOR) və 2002-2014-cü illərdə Əfqanıstanda (İSAF) keçirilmiş əməliyyatlarda, 2015-ci ildən bu günədək isə NATO-nun rəhbərliyi altında keçirilən "Qətiyyətli Dəstək” Missiyasında iştirak edir. Bununla yanaşı, NATO-nun Sülh Naminə Elm Proqramı çərçivəsində Azərbaycan və Türkiyə mütəxəssisləri üçün "Kibertəhlükəsizlik üzrə təkmilləşdirmə” kursları keçirilir.

"Qeyd edək ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələr yüksələn xətlə inkişaf edir. Bunun bariz nümunəsi Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da keçirilmiş hərbi paradda Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin, həmin il sentyabrın 15-də isə Bakı şəhərinin işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar ölkəmizin paytaxtında keçirilən paradda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsidir.

Cari il fevralın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında hərbi-maliyyə əməkdaşlığına dair saziş və maliyyə yardımı haqqında protokol imzalandı. Bu sənədlərə əsasən azərbaycanlı zabit və kursantlar Türkiyənin hərbi-təhsil müəssisələrində təhsil ala biləcək və bu ölkədən Azərbaycan Ordusunun döyüş qabiliyyətini artıracaq müasir silah-sursat və hərbi texnika ölkəmizə tədarük olunacaq”, - deyə V.Dərgahlı vurğulayıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM