Alternative content

01:33 30 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda BMT 75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir keçirilir
Bakıda BMT 75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir keçirilir
ANA SƏHİFƏ / SİYASƏT
12:52 28.02.2020

Fevralın 28-də BMT-nin Bakıdakı nümayəndəliyi ADA Universiteti ilə birlikdə dünyanın gələcəyinə dair ən böyük qlobal müzakirə olan BMT 75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir keçirir.

AZƏRTACxəbər verir ki, tədbirdə 80-ə yaxın dövlət rəsmisi, diplomat, vətəndaş cəmiyyəti və gənclər təşkilatlarının nümayəndəsi, eləcə də akademik dairələr və KİV təmsilçiləri iştirak edirlər.

Qeyd edək ki, BMT 75 dialoqları "Bir dəqiqəlik sorğu" ilə birlikdə milli və beynəlxalq siyasət və müzakirələrə töhfə vermək üçün səhih məlumatlar əldə etməyə imkan yaradacaq.

Bu il sentyabrın 21-də BMT-nin 75 illik yubileyi münasibətilə dünya liderlərinin iştirakı ilə yüksək səviyyəli tədbir keçiriləcəyini söyləyən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakesseti bildirib ki, BMT 75, sadəcə, yubiley münasibətilə keçirilən tədbir olmayacaq. "Bu, BMT-nin qorxu və münaqişələrdən azad dünya vədinin daha yaxşı həyata keçirilməsini təmin etmək üçün sizinlə birgə işləmək, habelə müxtəlif strategiya və təkliflərinizi dinləmək ili olacaq”, - deyə o bildirib.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə deyib ki, ADA Universiteti Azərbaycanda BMT 75 dialoqlarının başlanmasına ev sahibliyi etməkdən məmnunluq duyur. "İnanıram ki, bu dialoqlar milli perspektivlərimizi beynəlxalq auditoriya ilə bölüşmək, eləcə də beynəlxalq əməkdaşlıq və çoxtərəflilik prinsipinin gələcəyini müzakirə etmək üçün bir fürsət olacaq”, - deyə F.İsmayılzadə vurğulayıb.

Panel müzakirələri zamanı iştirakçılar 3 əsas sual ətrafında müzakirə aparıblar. Bunlar "Hansı gələcəyi qurmaq istəyirik?”, "Biz düzgün yoldayıqmı?” və "Boşluğu aradan qaldırmaq üçün hansı addımları atmalıyıq?” suallarıdır. Görüşdə, həmçinin gələcək nəsillər üçün daha yaxşı dünyanın qurulmasında hökumətlər, müəssisələr və vətəndaş cəmiyyəti təşkilatlarının rolu və vəzifələrindən danışılır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM