28 Fevral 2020 12:51
641
CƏMİYYƏT
A- A+

Baş epidemioloq: hazırda ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb


Azərbaycanda epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev deyib. O, ölkədə koronavirus epidemiyasının olması ilə bağlı iddiaların əsassız olduğunu bildirib. Yalan informasiyalarla əhali arasında əsasız hay-küy yaratmağın düzgün olmadığını vurğulayıb. İ.Ağayev qeyd edib ki, ölkədə koronavirusa yoluxma faktı aşkarlansa, bu haqda dərhal ictimaiyyətə məlumat veriləcək: "Təşviş üçün heç bir əsas yoxdur. Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?! Əgər belə bir təhlükə olsa, onu gizlədən deyilik”.

Sosial şəbəkələrdə koronavirusdan qorunmaq üçün müxtəlif məsləhətlər verilir, o cümlədən buruna perekis tökmək üsulu göstərilir. Buna münasibət bildirən professor İbadulla Ağayev deyib ki, həmin üsuldan özbaşına istifadə etmək məsləhət deyil: "Bundan əvvəl həkimlə məsləhətləşmək lazımdır, çünki perekis qıcıqlanma yarada bilən bir məhluldur. Gün ərzində əlləri və üzü sabunla yumaq daha səmərəli üsuldur. Sabun məhlulu ilə burun dəliklərini yumaq, alternativ variant kimi qorunmaq üçün "Oksalin” məlhəmini də burun dəliklərinə sürtmək olar.

Qoruyucu maska taxılmasına gəlincə, mütəxəssis bunun ətrafında ajiotaj yaradılmasını düzgün saymır, çünki xəstələnməyən insanın maska taxması məntiqli deyil: "Əgər bu virus ölkədə varsa, maska taxılsa da başqasına keçəcək. Əgər mən xəstələnməmişəmsə, niyə qoruyucu maska taxım? Bu gün insanları narahat edəcək hal yoxdur. Əminliklə deyə bilərəm ki, Azərbaycanda koronavirus yoxdur. Bir daha qeyd edirəm ki, virusdan qorunmaq üçün gigiyenik normalara əməl etmək daha yaxşı olar”.

Baş epidemioloq hazırda bütün xəstəxanaların gücləndirilmiş rejimdə işlədiyini bildirib və əlavə edib ki, özündə narahatlıq hiss edən hər kəs dərhal həkimə müraciət etməlidir.

Qeyd edək ki, koronavirusla əlaqədar Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq infeksion xəstəxanasında xüsusi palatalar ayrılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video