28 Fevral 2020 01:01
2262
SİYASƏT
A- A+

Azərbaycanın bugününü heç bir dövrlə müqayisə etmək olmaz


Prezident İlham Əliyevin müstəqil siyasətinin təməlində konkret iş, real inkişaf, əməl dayanır


"İndiki müstəqil Azərbaycanı heç bir dövrlə müqayisə etmək olmaz, heç bir dövrlə. Bu gün bu qədər müstəqil, bu qədər azad dövlət Azərbaycan tarixində olmamışdır. Tarixçilər bunu yaxşı bilirlər. Biz də bunu qiymətləndirməliyik”. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevriən Prezident İlham Əliyev ölkənin son 16 illik fəaliyyətini dəyərləndirərkən bu fikirləri səsləndirib.

Ən islahatçı Prezident bəyan edib ki, IV Dövlət Proqramının birinci ili də daxil olmaqla əldə olunan uğurlar, həyata keçirilən əzəmətli layihələr Azərbaycan dövlətinin və xalqın çox qısa dövr ərzində nail olduğu misilsiz, möhtəşəm və tarixi nailiyyətlər, milli yüksəliş salnaməsinin nümunələridir. Ancaq dövlət başçısı hesab edir ki, daha qüdrətli dövlətə çevrilmək üçün əldə edilən uğurlarla kifayətlənmək olmaz.


Ötən il regionların sosial-iqtisadi inkişafına 8,2 milyard manat vəsait yönəldilib


Hazırda paytaxt Bakı ilə yanaşı, regionların da inkişafı xüsusi diqqət mərkəzindədir. Son illərdə regional inkişafla bağlı icra olunan üç dövlət proqramı və hazırda icrası davam edən 4-cü proqram bölgələrin simasını büsbütün dəyişdirib. Məhz bu dövlət proqramlarının icrası ilə son 16 ildə regionlarda yaradılan sosial-iqtisadi infrastrukturlar minlərlə iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına, sosial rifahının yüksəlməsinə səbəb olub.

Bu müddətdə iqtisadi yüksəlişə və icra olunan layihələrə nəzər yetirək:

- Ölkə iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb;

- Kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə çoxalıb;

- İxrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb;

- Valyuta ehtiyatları 27 dəfə artaraq 52 milyard dollara çatıb;

- Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşüb;

- Əməkhaqqı 11, orta pensiya 8 dəfə artıb;

- 3300-dən çox məktəb, məktəbəqədər uşaq və tibb müəssisələri istifadəyə verilib;

- 34 elektrik stansiyası tikilib;

- 33 aqropark fəaliyyətə başlayıb;

- 17 "ASAN xidmət” mərkəzi açılıb;

- 11 xalça fabriki açılıb;

- Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb;

- 17 min kilometr avtomobil yolu salınıb;

- 2 böyük su anbarı - Taxtakörpü və Şəmkirçay tikilib;

- 470 körpü və tunel istifadəyə verilib;

- 1500-dən çox artezian quyusu qazılıb və bu proses davam etdirilir;

- yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb;

- 7 aeroport tikilib.

Prezident İlham Əliyev Kürdəmir rayonuna səfəri zamanı son illərdə regionların inkişafı ilə bağlı həyata keçirilən infrastruktur layihələri barədə geniş məlumat verdi və qeyd etdi ki, dördüncü dövlət proqramının icrası zamanı daha möhtəşəm uğurlara imza atılacaq. Qeyd edək ki, 2019-cu ildə regionların sosial-iqtisadi inkişafının dördüncü dövlət proqramı çərçivəsində 7,2 milyard manat vəsait, eyni zamanda Prezidentin imzaladığı sərəncamlarla əlavə olaraq 1 milyard manata yaxın vəsait ayrılıb.


Biznes mühitinin yaxşılaşması, dotasiyadan asılılığın azalması...


Prezidentin müvafiq fərmanı ilə şəhər və rayonlar üzrə dövlət büdcəsinin müvafiq vergilərində büdcə ilinin sonuna daxil olan əlavə vəsaitin 50 faizinin icra hakimiyyətlərinin sərəncamına verilməsi regionların dotasiyalardan asılılığının azalmasına və bölgələrdə biznes mühitinin yaxşılaşdırılmasına güclü stimul yaradır. Belə ki, 2019-cu ilin nəticələrinə əsasən, şəhər və rayonların sərəncamına verilən belə vəsaitlərin həcmi 28 milyon manat təşkil edib.

Bu vəsaitləri alan şəhər icra hakimiyyətləri arasında Sumqayıt şəhəri birinci yerdə (5,4 milyon manat), Gəncə şəhəri isə ikinci yerdədir (4,1 milyon manat). Bundan başqa, sərəncamlarına 1 milyon manatdan çox vəsait verilən icra hakimiyyətləri arasında Şəki və Mingəçevir şəhərlərini, habelə Şəmkir, Xaçmaz, Qazax və Quba rayonlarını qeyd etmək olar. Bölgələrdə sahibkarlıq fəaliyyəti üçün nə qədər əlverişli şərait yaradılırsa, vergitutma bazası bir o qədər genişlənir və sosial-iqtisadi məsələləri həll etmək üçün əlavə maliyyə mənbələri yaranır.

Təkcə 2019-cu ildə ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan xarici və daxili investorlar üçün də çox əlverişli məkandır. Ölkəmizdə mövcud olan sabitlik isə xalqın iradəsi ilə təmin edilir.

Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdir. Bu gün ölkədə sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alırlar. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan səmərəli istifadə mexanizmlərini də üzə çıxarır.

Ölkənin 10 bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri açılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb. 2019-cu ildə bunun hesabına 1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib.


33 aqropark və iri fermer təsərrüfatı


Hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. 153 min hektar ərazidə ümumi dəyəri 1,1 milyard manat dövlət dəstəyi göstərilən 33 aqropark və iri fermer təsərrüfatı birinci mərhələ üzrə fəaliyyətə başlayıb və 109 min hektar ərazidə ümumi dəyəri 1,3 milyard manat dövlət dəstəyi göstərilmiş 18 aqropark və iri fermer təsərrüfatında layihələndirmə və ya tikinti-quraşdırma işləri aparılır.

Ümumiyyətlə, aqropark və iri fermer təsərrüfatlarına dövlət dəstəyi tədbirləri çərçivəsində 535 milyon manat, o cümlədən zəruri infrastruktur işlərinə 339 milyon manat dövlət əsaslı vəsaiti qoyulub və ümumi dəyəri 780 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 196 milyon manat dövlətin güzəştli kreditləri ayrılıb. Bununla yanaşı, 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib, 25 milyon manatdan çox vəsaitə qənaət olunub.

Dördüncü dövlət proqramının birinci ili də daxil olmaqla əldə olunan uğurlar, həyata keçirilən əzəmətli layihələr Azərbaycan dövlətinin və xalqının çox qısa dövr ərzində nail olduğu möhtəşəm və tarixi nailiyyətlər, milli yüksəliş salnaməsinin nümunələridir.

Fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı bugünkü Azərbaycanın sosial-iqtisadi durumunu, həyata keçirilən mütərəqqi islahatları dəyərləndirərkən vurğulamışdır ki, bu gün ölkəmiz iqtisadi inkişaf, ciddi islahatlar yolundadır və bu islahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, mövcud xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır: "Adətən, çox köklü iqtisadi və siyasi islahatlar böyük problemlər də gətirir. Yəni bu islahatlar bəzi hallarda, daha doğrusu, bir çox hallarda insanların həyat tərzinə mənfi təsir göstərir. Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. Bu, düşünülmüş siyasətdir. Sadəcə olaraq, biz indi islahatların yeni mərhələsinə qədəm qoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm də siyasi sahədə aparılan islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir”.


20 ən islahatçı ölkə sırasında


Bu gün iqtisadi inkişaf, ciddi islahatlar yolunda olan Azərbaycan yeni-yeni uğurlar əldə edir. İqtisadi, sosial infrastruktur layihələri, müasir obyektlər, beynəlxalq layihələrin reallaşması Azərbaycana iqtisadi və siyasi dividendlər qazandırır.

Uğurlara nəzər yetirdikdə isə deyə bilərik ki, 2019-cu ildə əldə edilən nəticələr və 2020-ci il üçün olan iqtisadi proqnozlar dayanıqlı inkişaf üçün zəruri zəmin yaradır. Prezident də əminliklə vurğuladı ki, bu il Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək.

Onu da əlavə edək ki, bu nailiyyətləri təkcə biz deyil, beynəlxalq təşkilatlar da hesabatlarında xüsusi vurğulayırlar. Ölkəmizdə son illərdə biznes mühitinin daha da yaxşılaşdırılmasını Dünya Bankı da qeyd edir. "Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib.

Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təməlində konkret iş, real inkişaf, əməli fəaliyyət dayanır və verilən hər bir söz yerinə yetirilir. Ona görə də əminliklə deyə bilərik ki, bu il də həm paytaxtın, həm də regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək infrastruktur layihələri vaxtında və uğurla reallaşacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video