Alternative content

23:06 10 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq bundan sonra da dostluğa və qardaşlığa söykənəcək
Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq bundan sonra da dostluğa və qardaşlığa söykənəcək
ANA SƏHİFƏ / SİYASƏT
00:59 28.02.2020


Prezident İlham ƏLİYEV: "Biz bir-birimizə arxayıq, bir-birimizə dayağıq”


Dünyada çox az ölkələr tapılar ki, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, doğma olsun, necə deyərlər, xeyri-şəri qardaş kimi bölüşsün.

Hələ neçə il əvvəl Heydər Əliyevin "Bir millət-iki dövlət” kimi qiymətləndirdiyi bu münasibət isə təkcə kökümüzdən, soyumuzdan, dil və dinimizdən irəli gəlmir, həm də məram və məqsədlərimizin saflığından, dünyada, xüsusən ətrafımızda baş verən qlobal hadisələrə münasibətlərimizin üst-üstə düşməsindən və bir də bu gün qəhətə çəkilən ədalət hissinə daim sahib çıxmağımızdan qaynaqlanır.

Bəli, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycanla qədimdən qədim Osmanlı imperiyasının varisi və bu gün, ölkəmizin başçısı İlham Əliyev demişkən, dünya çapında güc mərkəzi olan Türkiyə arasında elə məsələ, elə sahə yoxdur ki, bir-birinə dəstək verməsinlər. Bu qarşılıqlı dəstək həm də iqtisadi sahədə özünü göstərir.

Fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilən VIII iclasında iki ölkə arasında iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğu bir daha vurğulandı, bu sahədə gələcək münasibətlərin daha da dərinləşdirilməsi üçün konkret addımlar atıldı. 14 sənəd - memorandum, saziş və protokolun imzalandığı iclasdan sonra mətbuata bəyanatla çıxış edən hər iki dövlət başçısı bir daha vurğuladılar ki, Türkiyə və Azərbaycan öz gələcək iş birliyi, əməkdaşlığı haqqında çox ciddi qərarlar qəbul etmişlər.

Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qarşıya iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 15 milyard dollara çatdırılması hədəfini qoymuşdur. "Hesab edirəm ki, bu, mümkündür. Çünki keçən il ticarət dövriyyəmiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb. Bu gün imzalanmış sənədlər, o cümlədən preferensial ticarət anlaşması əminəm ki, dövriyyəmizin artırılmasına böyük təkan verəcəkdir”, - deyən Prezident İlham Əliyev hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkətinin fəaliyyət göstərməsini və onların 300-dəın çox layihədə 16 milyard dollarlıq iş gördüklərini diqqətə çatdırmışdır. Dövlət başçısı onu da bildirmişdir ki, Azərbaycan da Türkiyə iqtisadiyyatının inkişafında yaxından iştirak edir. İndiyə qədər Azərbaycanın Türkiyə iqtisadiyyatına 18 milyard dollar sərmayə qoyduğunu xatırladan İlham Əliyev həm də bunu iki ölkə arasında qardaşlığı təsdiqləyən fakt kimi dəyərləndirmişdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyanatında imzalanan preferensial ticarət sazişinin böyük önəm kəsb etdiyini diqqətə çatdırmışdır: "Gömrükdən kənd təsərrüfatına, enerjidən nəqliyyata, texnologiyadan turizmə qədər hər sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik. Bundan başqa, rəqəmsal dövlət xidmətləri sahəsində, sərmayə bazarında, maliyyə sektorunda da yeni əməkdaşlıq imkanlarını araşdıracağıq”.

Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Azərbaycan-Türkiyə əlaqələrini şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyir ki, iki ölkə rəhbərləri tərəfindən aparılan iqtisadi siyasət Azərbaycan və Türkiyənin iqtisadi inkişafına birbaşa təsir göstərir. Onun fikrincə, Türkiyə və Azərbaycanın iqtisadi münasibətlərinin inkişafında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi mühüm rol oynayır: "Bu kəmər vasitəsilə dünya bazarlarına ixrac edilən neftdən əldə olunan gəlirlər hesabına Azərbaycanın makroiqtisadi dayanıqlığı güclənmiş, əhalinin gəlirlərində əhəmiyyətli artım müşahidə olunmuşdur. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi nəticəsində hər iki ölkə arasında xarici ticarət əlaqələri daha da genişlənmişdir. Bu dəmiryolu xətti ilə nəinki iki ölkə arasındakı iqtisadi əlaqələr güclənmiş, həmçinin Azərbaycanın Mərkəzi Asiyadan gələn yüklərin Türkiyə vasitəsilə dünya bazarına keçidində əhəmiyyətli rol oynamışdır. Son statistikalar göstərir ki, dəmiryolu xətti hər iki ölkəyə həm iqtisadi, həm də siyasi dividendlər qazandırır”.

Bu yerdə rəqəmlərə müraciət edək: 2019-cu ildə Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı 2018-ci illə müqayisədə 323 min və ya 11,4 faiz artaraq tarixi rekorda - 3,2 milyon nəfərə çatmışdır. Onların isə 10 faizi Türkiyə vətəndaşları olmuşdur. Yəni keçən il Azərbaycana Türkiyədən gələnlərin sayı 8,6 faiz artaraq 316 min nəfər təşkil etmişdir. Ötən il həmçinin qardaş ölkəyə gedən Azərbaycan vətəndaşlarının sayı artmışdır - 4,6 faiz.

İki ölkənin xarici ticarət münasibətlərində də artımın davam etdiyini bildirən N.Hacızadə qeyd edir ki, İtaliyadan sonra Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı Türkiyədir. Təsadüfi deyil ki, ötən il Azərbaycanın ixracında yüksək faiz artımı ilə fərqlənən ölkə qardaş Türkiyə olmuşdur. Daha dəqiq desək, 2019-cu ildə Azərbaycandan Türkiyəyə ixrac olunan mal və məhsulların dəyəri 2,9 milyard dollar təşkil etmişdir ki, bu da 36 faiz artım deməkdir.

Onu da qeyd edək ki, Azərbaycanın qeyri-neft sektorunda müşahidə edilən inkişafda Türkiyəyə olunan ixrac mühüm rol oynayır. Ümumiyyətlə, Azərbaycan 2017-ci ildən bəri Türkiyə ilə xarici ticarət dövriyyəsində müsbət saldoya malikdir. Təkcə ötən il müsbət saldo 2018-ci illə müqayisədə 966,7 milyon dollar artaraq 1,2 milyard dollar olmuşdur ki, bu da son illərin rekord göstəricisidir. Yeri gəlmişkən, ölkəmizin qeyri-neft məhsulları ixracında Türkiyə Rusiya Federasiyasından sonra ikinci yerdədir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalına daxil olan ixrac sifarişlərində də Türkiyə ikinci sırada qərarlaşmışdır.

Strateji Əməkdaşlıq Şurasının VIII iclasında imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni xarici ticarət dövriyyəsinin artması istiqamətində tarixi sənəd hesab edən N.Hacızadə bildirir ki, Azərbaycanın MDB ölkələri ilə də azad ticarət sazişləri mövcuddur və bu, yerli məhsulların sözügedən bazarlarda qiymət üstünlüyünə təsir edəcək amildir: "Təsadüfi deyil ki, Rusiya Federasiyasına məhsul ixrac edən sahibkarlar azad ticarət sazişinin üstünlüklərindən istifadə edirlər. Türkiyənin də son 3 ildə Azərbaycanın ixracında ikinci mövqedə qalması qardaş ölkənin bazarlarında imkanların mövcud olmasını göstərir. Bu baxımdan müəyyən edilmiş məhsullar üzrə preferensial müqavilə hər iki ölkə arasında idxal-ixrac əməliyyatlarını daha da artıracaqdır”.

Mütəxəssisin fikrincə, 2012-ci il sentyabrın 11-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasına dair 2020-2022-ci illər üzrə Fəaliyyət Planı” da ticarət əməliyyatlarına dəstək verəcək. Fəaliyyət planının icrası nəticəsində hər iki ölkə məhsullarının texniki reqlamentləri və standartları uyğunlaşdırılacaq, mal və məhsul ticarətində mövcud sənədləşmə sadələşdiriləcək. Bu sənəd həmçinin Türkiyə təcrübəsindən də geniş istifadəyə şərait yaradacaq.

Türkiyənin enerji təhlükəsizliyinin təminatında rolu olan Azərbaycan son illər bu istiqamətdə də nəhəng layihələr icra etmişdir. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli TANAP layihəsi Türkiyə və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılmışdır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edən nəqlin həcminin mərhələli surətdə əvvəlcə 24 milyard, sonra 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

VIII iclasda imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş”indən danışan mütəxəssis qeyd edir ki, bunun nəticəsində türkiyəli investorların Azərbaycanda bazar araşdırılması üçün sərf etdiyi vaxta limit olmayacaq və onlar azad şəkildə investisiya fəaliyyətini apara biləcəklər. Viza ləğvi eyni zamanda hər iki ölkə vətəndaşlarının qarşılıqlı turizm səfərlərinə əlavə stimul verəcək.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM