Alternative content

21:32 10 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Cənub qaz dəhlizi” Azərbaycan-İtaliya tərəfdaşlığını daha da möhkəmləndirəcək
“Cənub qaz dəhlizi” Azərbaycan-İtaliya tərəfdaşlığını daha da möhkəmləndirəcək
ANA SƏHİFƏ / SİYASƏT
00:56 28.02.2020


İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Onun Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Təkcə keçən il ölkəmizin İtaliya ilə ümumi ticarət dövriyyəsi 6 milyard dollardan çox olub.

Təsadüfi deyil ki, bu önəmli fakt və rəqəmlər dövlət başçısının İtaliyaya dövlət səfəri çərçivəsində keçirilən görüş və söhbətlərdə, eləcə də Azərbaycan-İtaliya biznes forumunda dönə-dönə səsləndirilib.

İki ölkə arasında belə uğurlu ticarət əlaqələrinin yaranması Azərbaycandan İtaliyaya xam neft ixrac edilməsi sayəsində mümkün olub. Artıq uzun illərdir ki, Azərbaycan bu ölkənin istehlakçılarını xam neftlə təchiz edir. İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. 2019-cu ildə Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub.

Azərbaycan-İtaliya iqtisadi əlaqələri getdikcə şaxələnir. Bu istiqamətdə çəkilişi başa çatmaqda olan "Cənub qaz dəhlizi” mühüm rol oynayacaq. Prezident İlham Əliyev Azərbaycan-İtaliya biznes forumundakı çıxışında bu barədə demişdir: "Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər... Azərbaycan və İtaliya "Cənub qaz dəhlizi”nin iki məntəqəsində yerləşir. Bizim aramızda daha 5 ölkə var. Bu nadir infrastruktur layihəsinə həm texniki, həm maliyyə, eyni zamanda beynəlxalq əməkdaşlıq baxımından doğrudan da analoq tapmaq çox çətindir. Yeddi ölkəni birləşdirən, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilən və bir çox qabaqcıl şirkətlərin iştirakı ilə reallaşan bu layihə İtaliya-Azərbaycan dostluğunun təzahürüdür.

Biz bu layihəni yalnız dostluq şəraitində icra edə bilmişik. Demək olar ki, biz layihənin artıq son mərhələsindəyik”.

"Cənub qaz dəhlizi”nin üç seqmenti artıq fəaliyyət göstərir. Dəhlizin sonuncu hissəsi olan TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) çəkilişi də sona çatmaq üzrədir. Belə ki, layihənin 92 faizi icra olunub və kəmərin bu ilin sonunadək işə düşəcəyi gözlənilir.

Xatırladaq ki, TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Təməlqoyma mərasimində Azərbaycanın, Yunanıstanın, ABŞ-ın, Albaniyanın, İtaliyanın, Türkiyənin, Gürcüstanın, Bolqarıstanın yüksək vəzifəli şəxsləri, Avropa Komissiyasının və konsorsiuma daxil olan şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

TAP layihəsinin reallaşması ilə Avropa bazarlarına yeni mənbədən qaz çıxışına şərait yaranacaq. Belə ki, bu kəmər Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacağı TANAP-dan (Trans-Anadolu Qaz Boru Kəməri) qəbul edərək İtaliya torpağına çatdıracaq. Kəmərlə ilk dövrlərdə Avropaya ildə 10 milyard kubmetr qaz nəql ediləcək. Sonrakı illərdə qazın həcmi 20 milyard kubmetrə qədər artırılacaq.

"Cənub qaz dəhlizi” müasir dövrün ən böyük infrastruktur layihələrindən biridir. Hazırda layihənin gerçəkləşməsində yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə də Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. Beləliklə, bu qlobal xarakterli layihə möhkəm beynəlxalq əməkdaşlıq təməli üzərində getdikcə şaxələnir.

TAP kəməri Azərbaycan qazının Yunanıstandan, Albaniyadan, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya daşınmasını nəzərdə tutur. Bu, uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçəcək və sonuncu kiçik bir hissəsi İtaliya torpağında quru sahəyə çıxacaq. Burada kəmər "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella "Cənub qaz dəhlizi”nin reallaşmasında Azərbaycanın rolunu vurğulayaraq demişdir: "Azərbaycanın Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolunu oynaması digər tərəfdən də bu gün "Cənub qaz dəhlizi”nin tamamlanmasına güclü təsir edir. Belə ki, TAP layihəsinin yekunlaşması ilə Azərbaycan qazı İtaliyaya nəql ediləcək. Bu da Avropa İttifaqının enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün önəmli bir göstəricidir”.

Dövlət başçısı İtaliya Prezidentinin "Cənub qaz dəhlizi”nin gerçəkləşməsi üçün göstərdiyi səyləri yüksək dəyərləndirmiş və Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfərindən sonra TAP-ın tikintisinin daha da sürətləndiyini bildirmişdir.

TAP layihəsinin İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə təbii qazın ötürüləcəyinin mümkün olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm də ondadır ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.

Bütün bunlara görə də TAP-ın istismara verilməsi region üçün böyük əhəmiyyət kəsb edən hadisə olacaq. Bu kəmər enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və mənbələrin şaxələndirilməsinə ciddi dəstək verməklə yanaşı, regionda əməkdaşlıq körpülərini möhkəmləndirəcək, yüksək gəlirlər, firavanlıq, xeyir-bərəkət gətirəcək.

Flora SADIQLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM