Alternative content

00:16 06 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
17:57 05.04.2020 Bilirsənsə güclüsən
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
ANA SƏHİFƏ / İDMAN
00:41 28.02.2020


Fevralın 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin Daimi Şurasının (PMC) iclası baş tutub.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov iclasda çıxış edərək İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun ilk iclasının 15 il əvvəl Azərbaycanda keçirildiyini bildirib: "Bu, bizim üçün sevindirici haldır. Bir neçə gün sonra isə Səudiyyə Ərəbistanında İslam dünyası könüllülərinin gənclər forumu keçiriləcək. Həmin tədbirin əsas məqsədi müsəlman dünyasının maraqlarının harmoniya və beynəlxalq sülh çərçivəsində müdafiəsi və qorunmasıdır. Əfsuslar olsun ki, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin könüllülər hərəkatı ilə bağlı dünyada kifayət qədər məlumat yoxdur. Əslində isə müsəlman aləmində qədimdən mövcud olan təmənnasız yaxşılıq edilməsi kimi ənənələr kölgədə qalmış könüllülük sayıla bilər. Onu da qeyd edim ki, ilk Avropa oyunları və IV İslam Həmrəyliyi Oyunlarına, ümumilikdə, 25 mindən çox könüllü qatılmışdı. 2016-cı ildən bu günə qədər isə hər il keçirilən "Formula - 1” yarışlarında 3500-dən çox könüllü iştirak edib”.

Azad Rəhimov iclasın əsas məqsədinin hesabatların dinlənilməsinin və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dair perspektivlərin müzakirəsi olduğunu vurğulayıb.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası çıxışlarla davam edib.

Qeyd edək ki, Daimi Şurada Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı Krallığı, Fələstin, İraq, İran və Seneqalın gənclər və idman nazirləri, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun və İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərləri təmsil olunurlar.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM