Alternative content

13:37 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
ANA SƏHİFƏ / Təhsil
00:34 28.02.2020


Bakı Ali Neft Məktəbinin (BANM) Mətbuat xidmətinin verdiyi məlumata görə, rektor Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş "Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti - 2020”-də iştirak edib.

Üç gün davam edən sammitə dünyanın müxtəlif universitetlərindən, eləcə də təhsil agentliklərindən 600-ə yaxın iştirakçı qatılıb. Sammitin əsas məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında əməkdaşlığın qurulması, mövcud əlaqələrin genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub.

Rektor səfər zamanı EURAS-a üzv olan ali təhsil müəssisələri ilə BANM arasında tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparıb. Elmar Qasımov sammit çərçivəsində təşkil edilmiş sərgidə iştirakı zamanı İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın ilə də görüşüb.

Sammit çərçivəsində panel sessiyaları və sərgi də təşkil olunub. Bakı Ali Neft Məktəbini sammitdə spiker qismində təmsil edən İnformasiya Təhlükəsizliyi ixtisasının baş müəllimi Xəyyam Məsiyev Rəqəmsallaşdırma və innovasiya paneli üzrə "Blokçeyn texnologiyalarını tətbiq etməklə kibertəhlükəsiz sosial cəmiyyət platforması” mövzusunda çıxış edib. Onun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sərgidə Ali Məktəb rəsmi stendi ilə də təmsil edilib. Stenddə əldə olunan ən son nailiyyətlər təqdim edilib. Tədris metodologiyası, qəbul mexanizmi, geniş əməkdaşlıq və iş imkanları barədə ziyarətçilərə məlumatlar verilib. ABŞ, Türkiyə, Qazaxıstan, İran və İtaliyadan olan iştirakçılar stendə xüsusi maraq göstəriblər.

Qeyd edək ki, Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti Avrasiya regionunun nüfuzlu ali təhsil müəssisələrinin əməkdaşlarını və dünya miqyasında tanınmış təhsil ekspertlərini bir araya gətirən, dünyanın sayca 3-cü böyük beynəlxalq təhsil və sərgi sammitidir. Hər il keçirilən EURAS-ın illik sammiti çərçivəsində sərgilər və konfranslar təşkil olunur, müxtəlif təhsil və innovasiya məsələlərinə həsr olunmuş panellər üzrə spikerlər diskussiyalar aparır. Bu, sammit iştirakçılar üçün məlumat mübadiləsi, əlaqələrin genişləndirilməsi, eləcə də gələcək əməkdaşlıq imkanları üçün yaradılmış fürsətdir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM