28 Fevral 2020 00:33
795
İQTİSADİYYAT
A- A+

“Azərenerji” “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücünü bərpa etdi


"Azərenerji” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti "Reabilitasiya Proqramı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, modul tipli "Xaçmaz” Elektrik Stansiyasında da "itirilmiş” gücün bərpa edilməsi istiqamətində kompleks təmir-bərpa işləri həyata keçirib.

2018-ci ilin payızında qəbul edilən "Reabilitasiya Proqramı”na qədər "Xaçmaz” Elektrik Stansiyasında mövcud olan 10 aqreqatdan 2-si ümumiyyətlə fəaliyyətini dayandırmışdı, qalan 8 aqreqat isə kəsirlə işləyirdi. Fəaliyyəti dayandırılan aqreqatlar da daxil olmaqla 10 aqreqatın hamısında təmir işləri aparıldıqdan və ehtiyat hissələri dəyişdirildikdən sonra stansiya tam gücü ilə işləyir. Beləliklə, stansiyanın 50 faizdən artıq "itirilmiş” gücü bərpa edilməklə yanaşı, etibarlıq və dayanıqlıq təmin edilmişdir.

"Azərenerji” ASC "Xaçmaz” Elektrik Stansiyası ilə yanaşı, ümumilikdə 12 elektrik stansiyasında "itirilmiş” gücün bərpa edilməsi istiqamətində yenidənqurma və təmir işləri aparır ki, həmin elektrik stansiyalarından 6-sı məhz modul tipli elektrik stansiyalarıdır. Bu günə qədər ümumilikdə 12 elektrik stansiyasında 500 meqavata qədər "itirilmiş” güc bərpa edilib. 2018-2021-ci illəri əhatə edən "Reabilitasiya Proqramı”na əsasən 1000 meqavatdan artıq "itirilmiş” gücün bərpa edilməsi ilə yanaşı, etibarlılıq və dayanıqlığın təmin edilməsi qarşıya əsas məqsəd olaraq qoyulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video