Alternative content

14:44 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
13:36 31.03.2020 Evdə qal, xilaskar ol
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərişıq” ASC-də daha bir yenilik
“Azərişıq” ASC-də daha bir yenilik
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:33 28.02.2020


"Azərişıq” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, kadr seçimində şəffaflığı qorumaq, innovativ və texnoloji metodlardan istifadə edərək daha peşəkar kadrların işə cəlb olunmasını təmin etmək məqsədilə "Azərişıq” ASC-də interaktiv müsahibələr davam edir. Regionlar üzrə Səhmdar Cəmiyyətə işə qəbul üçün müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsinin məntiqi davamı olaraq müsahibələr həftədə bir dəfə teleprezent sistemi ilə keçirilir. Həyata keçirilən bu yenilik birbaşa olaraq kadr siyasətində şəffaflıq və əlçatanlığın təmin edilməsinə xidmət edir. Azərbaycanın istənilən bölgəsində iş üçün müraciət edən gənclər paytaxta gəlmədən, yaşadıqları şəhər və rayonlarda yerləşən Avtomatik İdarəetmə Mərkəzlərində birbaşa bağlantı ilə mərkəzə qoşulur, müsahibədə iştirak edirlər. Bununla da onlar yaşadıqları ərazini tərk etmir, zaman itkisinə yol vermədən və yol üçün əlavə xərc çəkmədən müsahibəyə qatılırlar.

Ötən ildən başlayaraq "Azərişıq” ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil edilir, elektron növbə sistemi ilə işlə təmin edilirlər. Hazırda "Azərişıq” ASC-nin Bakı və regionlarda Avtomatik İdarəetmə Mərkəzləri ilə yanaşı, Tədris mərkəzləri də fəaliyyət göstərir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM