Alternative content

23:22 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 1988-ci ili xatırlayarkən...
1988-ci ili xatırlayarkən...
ANA SƏHİFƏ / SİYASƏT
00:29 28.02.2020


1988-ci ilin fevralında Xankəndidə erməni millətçiləri kütləvi mitinqlər keçirirdi. Onlar SSRİ və Ermənistan SSR rəhbərliyindən tələb edirdilər ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindən çıxarılıb, Ermənistan Respublikasına qatılsın. Bu, antikonstitusion bir tələb idi. Bakıda, Sumqayıtda və Azərbaycanın ayrı-ayrı bölgələrində ermənilərin haqsız tələblərinə qarşı etiraz dalğası gücləndi. Azərbaycan torpaqlarının toxunulmazlığı rəsmi şəkildə elan olundu.

Sumqayıt 70 il ərzində çətin, lakin şərəfli bir yol keçib. Burada belə sual doğur: Yaxşı, vaxtı ilə "dostluq” şəhəri adlanan, özündə 82 millətin və etnik qrupun nümayəndəsini birləşdirən, daşı daş üzərinə birlikdə qoyub böyük və nəhəng bir şəhər salan, beynəlmiləl bir ailədə yaşayan insanlar 1988-ci ilin fevral ayının 28-dən 29-na keçən gecə bir qrup ekstremistin əli ilə Sumqayıtda qanlı aksiyanın törədilməsinə necə razı ola bilərdilər? Dostluğa xəyanət edən kim oldu? Dağlıq Qarabağ problemini ortaya kim atdı? Hadisələrə təkan verən, təlimatlandıran, maddi vəsait ayıran qüvvələr kimlər idi?

Bu suallar ətrafında xarici dövlətlərdə müxtəlif fikirlər dolaşmaqdadır. Ermənipərəst kütləvi informasiya vasitələri öz uydurma cızma-qaraları ilə indi də oxucuları çaşdırır, guya Sumqayıtda ermənilərə qarşı "genosid”in olmasını sübut etmək istəyirlər.

Ciddi araşdırmalar göstərir ki, bu hadisələrin əsl səbəbləri nə Sumqayıtla, nə də sumqayıtlılarla bağlı olmamışdır. Çünki vahid bir ailədə sülh və əmin-amanlıq şəraitində yaşayan azərbaycanlılar, ermənilər və həmçinin digər millətlərdən olan sumqayıtlılar arasında hər hansı bir ictimai-siyasi, milli-etnik və ya dini mənsubiyyətlər zəminində ədavət olmamışdır. Sumqayıtda baş verən hadisələrin kökləri daha dərin, miqyası daha böyükdür və bu hadisələr iki millət arasında "xuliqanlıq” hərəkətlərindən daha çox, qeyd etdiyimiz kimi, siyasi xarakter daşıyırdı.

Sumqayıt şəhər 3 saylı xəstəxananın stasionar şöbəsinin müdiri Vaqif Qəhrəmanov 1988-ci ildə baş verənlərə belə aydınlıq gətirir:

- 1987-ci ilin sonu, 1988-ci ilin əvvəllərində keçmiş Sovetlər İttifaqında həmin vaxtadək görünməmiş proseslər cərəyan edirdi. Milli münasibətləri kəskinləşdirmək, xalqlar arasında nifaq, təfriqə yaratmaq və bundan öz xeyrinə istifadə etmək sahəsində böyük təcrübəyə malik ermənilər digər xalqların torpaqlarını işğal etməkdə, mənimsəməkdə özlərinin nə qədər xəbis niyyətli olduqlarını Dağlıq Qarabağ münaqişəsində bir daha əyani şəkildə göstərdilər. 1988-ci ildə baş vermiş Sumqayıt hadisələri eyni zamanda gələcəkdə Azərbaycan ərazilərinin işğalını ört-basdır etmək məqsədi güdürdü.

Mən ali məktəbi bitirdikdən sonra Orta Asiyaya təyinat aldım. Orada işlədiyim müddətdə bir dəfə də olsun ermənilərin nəsə edəcək gücündə olduqlarını görmədim. Sonra Azərbaycana gəldim. Sumqayıt şəhərində həkim kimi çalışmışam. 1981-1995-ci illərdə Sumqayıt Səhiyyə Şöbəsinin müdiri olmuşam. İşlədiyim zamanda bizim ermənilərlə heç bir problemimiz yaşanmayıb. Bircə onu deyim ki, onların hər birinin evində telefon vardı. Demək olar ki, Sumqayıtda işsiz erməni yox idi. Özləri də yaxşı bənna, zərgər və maşın ustaları idi.

Yaxşı xatırlayıram, qarşıdurma baş verdikdən dərhal sonra şəhərdə tibb işçilərindən ibarət xüsusi qərargah yaradıldı. Təcili tibbi yardım maşınları yaralıları xəstəxanalara daşıyırdı. Bizə məlum oldu ki, yaralanan, ölən ermənilərin hamısı Qarabağ əsillilərdir. Həmin dövrdə Xankəndidə mitinqlər təşkil olunurdu. Ermənilər bunu həmin aksiyaların miqyasını genişləndirmək üçün edirdilər. Məqsəd hamımıza aydın oldu.

Məlum oldu ki, bu işlərin çoxunun başında elə ermənilərin özləri dayanır. Bir məsələni xüsusi qeyd etmək istəyirəm - həmin dövrdə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hərbi qarnizon vardı. Sumqayıtda yaşayan ermənilərin çoxu orada məskunlaşmışdı. O zaman tibb işçiləri əraziyə gəldikdə məlum olur ki, orada olan xəstə bir uşağı ermənilər özləri öldürmək istəyirlər. Onlar bununla həmin qətlin guya azərbaycanlılar tərəfindən törədildiyini dünyaya çatdırmaq istəyirdilər. Tibb işçiləri həmin uşağı nəzarət altına aldılar. Sumqayıtda uşaq ölümünün olmamasına görə isə onları Ermənistanda çox incitmişdilər. Bu mənfur insanlar öz məqsədlərinə çatmaq üçün günahsız körpəni belə qətlə yetirməkdən çəkinmirdilər.

Ermənilərin öz həmyerlilərinə qarşı törətdiyi qətliamın qarşısını azərbaycanlılar alırdı. Bir faktı nəzərə çatdırım: 45-ci məhəllədə bir erməni ailəsi qonşusunun evində gizlənir. Oraya hücum edənlərə qapını azərbaycanlı açır. Ona çox təpki gəlirlər ki, bu sənin evin deyil. Amma azərbaycanlı qətiyyətlə onun evi olduğunu bildirir. O zaman bir başqası cibindən siyahı çıxarıb yanındakılara nəsə deyir və oradan uzaqlaşırlar. Hətta kənardan baxan qonşular bu adamların yerli olmadıqlarıını bildirirlər. Çünki həmin məhəllənin keçidlərini onlar səhv salmışdılar.

Bir olay da yaddaşımdan silinmir. 8-ci mikrorayonda ərzaq mağazasında Lena Kasparyan adlı bir qadın işləyirdi. Həmin şəxs azərbaycanlılarla qaynayıb qarışmışdı. Fevralın 27-də onun oğlu yaşadığı mənzildə ölü tapılır. Lena ağlayaraq deyirdi ki, ermənilərin cəmiyyətinə üzv olmadığıma görə məni belə cəzalandırdılar.

Həmin hadisələrin şahidi kimi bir faktı da söyləmək istərdim. İğtişaşları törədənlər bunu açıq-aydın şəkildə həyata keçirməkdən çəkinmirdilər. Onlar bunu kiməsə sübut etmək üçün edirdilər. Məhz həmin günlərdə onlarla erməni ailəsi öz "ermənilərindən” xilas olmaq üçün azərbaycanlı ailələrinə sığınaraq sağ qaldılar. Ermənilər düşünülmüş, öncədən planlaşdırılmış Sumqayıt hadisələrindən uzun müddət yararlandılar. Təxribatları törədənlər qətllərin kimlər tərəfindən həyata keçirildiyini özləri də gözəl bilirlər. Əgər Sumqayıt hadisələri törədilməsəydi, Xankəndidə mitinqlər səngiyəcəkdi və daşnakların planları alt-üst olacaqdı.

Sumqayıtda yaşayan alman əsilli Valentina Rəhimova həmin günləri belə xatırlayır:

- Fevralın 25-i şəhərdə söz-söhbət gəzirdi ki, Xankəndidən gələn ermənilər nəsə planlaşdırırlar. Bir çox valideynlər öz uşaqlarını çöldən evə çağırır, bayıra buraxmırdılar. Amma sakitlik idi. Biz, kənardan baxanlar isə hansısa bir hadisənin baş verməsinə inanmırdıq. Demə, bu sakitlik özü növbəti bir təxribatın kökü imiş.

26-27 fevralda yaşadığımız mikrorayona kimlərsə gəlir, nəyisə qeydiyyata alırmış kimi davranırdılar. Demə, həmin şəxslər ərazinin giriş-çıxışını öyrənirlərmiş. Eyni zamanda, ermənilərin hansı binada yaşadıqlarını da dəqiqləşdirmişlər. Onu da deyim ki, heç nə soruşmur, sadəcə əllərində olan kağıza uyğun hərəkət edirdilər. Nə qədər Azərbaycan dilində rahat danşsalar da, onların kənardan gəldiyi bilinirdi. Çünki şəhərimiz kiçikdir, burada az adam tapılardı ki, mikrorayonlar barədə məlumatsız olsun.

Qonşuluqda yaşayan ermənilərlə çox yaxın olmuşam. Onların hamısı zavodlarda çalışan, öz zəhmətləri ilə dolanan adamlar idi. Rima adlı bir qadın həmin günü mənə dedi ki, beşinci mərtəbədə yaşayan erməninin qapısına üç-dörd yerdən işarə çəkilib. Həmin erməni ailəsinin həyətdə heç kəslə münasibəti yox idi. Səbəbini məndən soruşanda cavab verə bilmədim. Özü də qonşuluqdakı erməni ailələrinin çoxunun övladları bizim uşaqlarla dost idilər. 26-sı axşam sakit keçdi. Səhəri günü Rimanın qızı, adını unutmuşam, bizim qapını döyüb dedi ki, anam deyir çölə çıxsın. Aşağı düşəndə Rima həyəcanlı halda mənə söylədi ki, oğlunu tanımadığı bir erməni dünən yolda saxlayıb. Uşağa deyib ki, sabah sizin həyətə gələndə eşikdə ol, bizə ermənilərin yaşadığı mənzilləri göstər. Uşaq da qorxusundan onun yanından aralanıb tez evə qaçıb. O qadın məndən soruşdu ki, görəsən o erməni bizim yaşadığımız mənzilləri niyə soruşub ki?! Sözün düzü, heç nə anlamadığım üçün bir söz deyə bilmədim.

Bizim şəhərin insanları zəhmətkeşdir. Sonradan öyrəndim ki, mikrorayonumuzda qalan erməni ailələri fevralın 27-dən azərbaycanlıların evlərində gecələyiblər. Sumqayıtda hadisələr törənəndə həmin ailələrin mənzilləri talan edildi. Talanda iştirak edənlər Yerevan ləhcəsində təhqiramiz sözlər danışırdılar. Bunu da mənə sonradan həmin erməni qadın danışdı. O dedi ki, onları bugünədək şəhərdə görməyib.

Akif ƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM