27 Fevral 2020 18:22
607
Mədəniyyət
A- A+

Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə olunub



Fevralın 27-də Mədəniyyət naziri Əbülfəs Qarayev ilə Bakıda səfərdə olan Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baroness Emma Nikolson arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və "Britaniya Şurası”nın (British Council) Azərbaycan Nümayəndəliyinin direktoru Samr Şah da iştirak edib.
Görüş zamanı Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələləri, həyata keçiriləcək layihə və proqramlar müzakirə edilib.

Nazir Əbülfəs Qarayev Böyük Britaniya səfərindən yenicə qayıtdığını qeyd edərək səfər çərçivəsində keçirilən görüşlər və müzakirə edilən məsələlər barədə məlumat verib. Nazir həmçinin "Britaniya Şurası” ilə mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Xanım Nikolson İraqda yaşayan yerli əhalinin ənənəvi musiqilərinin nota köçürülməsi ilə bağlı Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihəsinin müvəffəqiyyətlə yekunlaşdığını qeyd edərək layihənin reallaşmasında göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan tərəfindən təqdim olunan materiallar artıq nəşr edilib və Birləşmiş Krallığın ali rəhbərliyi və yüksək səviyyəli rəsmilərinə təqdim edilib. O, həmçinin ölkəmizin dərin musiqi mədəniyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

Sonra xanım Nikolson Əbülfəs Qarayevi cari ilin avqust ayında keçiriləcək Edinburq Mədəniyyət Sammitinə dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video