27 Fevral 2020 17:43
662
İQTİSADİYYAT
A- A+

Bakıda Beynəlxalq “Construction B2B inşaat Forumu” keçirilib


Fevralın 27-də Bakıda "Caspian European Club”un dəstəyi ilə Beynəlxalq "Construction B2B inşaat Forumu” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən "Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev tikinti mövzusuna həsr edilən beynəlxalq forumun ölkəmizdə ilk dəfə keçirildiyini bildirib.

O, bu kimi forumların dövlət və biznes nümayəndələri arasında birbaşa ünsiyyətin və açıq dialoqun yaradılması, sahibkarların və şirkətlərin problemlərinin həlli sahəsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. "Caspian European Club” üzvləri tərəfindən qəbul olunan təkliflərin təqribən 75 faizi hökumət tərəfindən qəbul olunur.

T.Əliyev, həmçinin bu gün "Caspian European Club”a seçkilərin keçirildiyini qeyd edib. Belə ki, səsvermə zamanı klubun yeni sədri, idarə heyətinin 6 üzvü, bir sıra komitələrin və işçi qrupların rəhbərləri seçiləcək. Yeni layihəyə əsasən seçkilər nəticəsində bütün sahələrdə işçi qrupları yaradılacaq. Seçkilər 3 gün davam edəcək.

"Mr.Fix”in baş direktoru Nəcməddin Taşbağ rəhbərlik etdiyi şirkət barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə 2000-ci ildən fəaliyyətə başlayan şirkət respublikamızın tikinti sektoruna öz töhfəsini verir.

Forumda digər şirkət rəhbərləri də təqdimatla çıxış edərək fəaliyyət istiqamətləri barədə də danışıblar.

Tədbirdə bir sıra qurumların rəhbərləri və səfirlər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video