Alternative content

23:45 10 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndoneziya parlamentinin üzvləri Xocalı soyqırımı ilə bağlı bəyanat yayıblar
İndoneziya parlamentinin üzvləri Xocalı soyqırımı ilə bağlı bəyanat yayıblar
ANA SƏHİFƏ / SİYASƏT
15:34 27.02.2020

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İndoneziya parlamentinin Nümayəndələr Palatasının 40 üzvü, o cümlədən bir neçə fraksiya rəhbəri bu faciəni qınayan bəyanat yayıblar.

AZƏRTAC xəbər verir ki, fevralın 26-da imzalanan bəyanatda 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinin mülki əhalisinin erməni silahlı qüvvələrinin hücumuna məruz qaldığı, soyqırımı nəticəsində 106 qadının, 63 uşağın, 70 yaşlı olmaqla, ümumilikdə, 613 nəfərin qətlə yetirildiyi, yüzlərlə insanın ağır yaralandığı və 1275 nəfərin əsir götürüldüyü bildirilib.

Habelə 28 il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımının günahsız qurbanlarının dərin kədər hissi ilə xatırlandığı və onların ailələrinə başsağlığı verildiyi, Xocalı faciəsi zamanı həyatlarını itirmiş insanların ailə üzvlərinin kədərlərini bölüşdükləri qeyd olunub.

Gələcəkdə dünyanın heç bir yerində insanlığa qarşı yönələn bu cür cinayətlərin bir daha baş verməməsi naminə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilib, Xocalıda həyatlarını itirmiş insanların xatirəsinin yad olunmasının, həmin dəhşətli cinayətin xatırlanmasının vacibliyi vurğulanıb.

O cümlədən dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, dövlətlər və hökumətlər, beynəlxalq insan hüquqları müdafiəçiləri, dini icmalar və digər aidiyyəti institutlar erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı insan hüquqlarının pozulması, zülm vermək, vəhşilik törətmək kimi cinayət əməllərinin həyata keçirildiyi Xocalı soyqırımını sərt şəkildə qınamağa, həmçinin Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsinə ədalətli hüquqi qiymət verməyə çağırılıb.

İndoneziya parlamenti Nümayəndələr Palatasının üzvləri Xocalı soyqırımı qurbanlarının hamı tərəfindən hər il yad edilməsi və onların xatirəsinin əbədiləşdirilməsi təşəbbüsünü də irəli sürüblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM