27 Fevral 2020 14:29
476
SİYASƏT
A- A+

Almaniyalı tədqiqatçı “nex24.news” saytına müsahibəsində Xocalıda törədilmiş erməni vəhşiliyindən danışıb


Almaniyanın "nex24.news” saytında tədqiqatçı, Cənub-Şərqi Avropa və Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Xristian Yohannes Henrixin Xocalı soyqırımı barədə müsahibəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, müsahibədə almaniyalı tədqiqatçı Xocalı qırğınında insanların qətlə yetirilməsindən, doğma yurd-yuvalarından didərgin düşmək məcburiyyətində qalmalarından danışıb. Xristian Yohannes Henrix erməni diasporunun və daşnak veteranlarının Xocalı soyqırımında canfəşanlıqla iştirakını qeyd edərək diqqəti erməni vəhşiliklərinin tarixinə yönəldib. Misal olaraq, o, ASALA erməni terror təşkilatı tərəfindən həyata keçirilmiş terror aktlarını göstərib. O bildirib ki, 1990-cı ildə Liviyada müharibə başa çatdıqdan sonra çoxlu sayda erməni Ermənistana köçdü və onların bir çoxu məhz yuxarıda qeyd edilən erməni terrorçular idi. Bu terrorçular öz təcrübələrini istər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, istərsə də Ermənistanın daxilində qarşıdurmalarda istifadə etdilər.

Müsahibədə Xocalıda 613 nəfərin öldürüldüyü, onlardan 63-nün uşaq, 106-nın qadın, 70-nin isə qoca olduğu bildirilib. Səkkiz ailənin tamamilə məhv edildiyi və bundan əlavə, 1275 nəfərin əsir götürüldüyü, 155-dən çox insanın taleyinin isə indiyədək naməlum qaldığı diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycan torpaqlarının işğalı faktını təsdiq edən və bu işğalın qəbuledilməz olduğunu özündə əks etdirən BMT qətnamələri və digər beynəlxalq regional təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərdən söz açılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video