Alternative content

18:08 30 Mart 2020
ONLINE XƏBƏR LENTİ
15:54 30.03.2020 Bildiriş
15:49 30.03.2020 Bildiriş
15:45 30.03.2020 Bildiriş
15:43 30.03.2020 Bildiriş
15:40 30.03.2020 Bildiriş
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paytaxtın girişində tıxacın aradan qaldırılması üçün genişmiqyaslı işlər aparılır
Paytaxtın girişində tıxacın aradan qaldırılması üçün genişmiqyaslı işlər aparılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
11:11 27.02.2020

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşısından başlayaraq "Masazır dairəsi”nə qədər olan hissəsində və əks istiqamətdə yenidənqurma işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda magistral yolun Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklərin sökülməsi ilə yolun hər iki istiqaməti üzrə bir hərəkət zolağı enində genişləndirilməsi işləri görülür. Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılır.

Bundan başqa, magistral yolun təqribən 8-ci kilometrində yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsinin yaradılması üçün də hazırlıq işlərinə başlanılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində "Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.

Layihələrə əsasən, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə metronun "Avtovağzal” stansiyası arasındakı ərazidə süni yaradılmış, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan təpəcik ləğv edilərək yerində sürət-keçid zolağının salınması ilə əsas yolun hərəkət hissəsini genişləndirərək zolaqlarının sayını 4-ə çatdırmaq üçün də işlər aparılır.
Eyni zamanda, şimal tərəfdən (Sumqayıt istiqamətindən) hərəkət edən avtonəqliyyat vasitələrinin Biləcəri qəsəbəsinə daxil olmaları üçün Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələri ilə ərazidə əlavə sıxlıq yaradılmadan "buta şəkilli adacıq” vasitəsilə sola dönmə yeri təşkil olunacaq.

Həmçinin paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində "20 Yanvar” metrostansiyasının "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışını 8-10 metr irəli çəkmək şərti ilə hərəkət hissəsini genişləndirərək əlavə hərəkət zolağının yaradılmasına və daim sağa hərəkətin təmin edilməsinə nail olmaq, "20 Yanvar” dairəsinin ölçülərinin dəyişdirilərək "oval” formada, eləcə də keçmiş "Velotrek”in qarşısında hərəkət hissəsini genişləndirməklə sağa daimi hərəkətin təşkil edilməsi ilə ərazidə yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün də işlərə başlanılıb.

Bakı Dairəvi-1 avtomobil yolu ilə Badamdar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin geri dönməsinə şərait yaradılması məqsədilə yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri vasitəsi ilə geriyədönmə yerinin (avtovağzal istiqamətinə) yaradılması da nəzərdə tutulur. Bununla da, Yeni Yasamal yaşayış kompleksi və Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində şəhərə daxil olan avtonəqliyyat vasitələrinin uzun məsafə qət edib, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında yerləşən dairədən geridönmə əməliyyatı yerinə yetirməyə ehtiyac qalmayacaq. Bu isə öz növbəsində Badamdar şosesi istiqamətində yaşanan tıxac və ləngimələri aradan qaldıracaq.

Hazırda "Xırdalan dairəsi” istiqamətində "Masazır dairəsi”nədək yolun, həmçinin "Xırdalan dairəsi”nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də davam etdirilir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM