27 Fevral 2020 10:04
574
SİYASƏT
A- A+

ABŞ-ın “The Herald News” qəzetində Xocalı soyqırımı haqqında material dərc edilib


ABŞ-ın "The Herald News” qəzetində Azərbaycan icmasının dostu Lerri Uaytın Xocalı soyqırımına həsr olunmuş müraciəti dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 2020-ci il 26 fevral tarixinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində insanlığa qarşı törədilmiş dəhşətli cinayətinin 28-ci ildönümü olduğu bildirilir.

Qeyd olunur ki, 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə mühasirəyə alınmış Xocalı şəhərinə hücum edib və orada yaşan etnik azərbaycanlıları qətlə yetirib. Bildirilir ki, dinc əhalidən 613 nəfər öldürülüb, onların arasında 106 qadın, 63 uşaq, 70 qoca olub.

Materialda qeyd olunur ki dünyanın bir neçə ölkəsi, Amerikanın iyirmidən çox ştatı Xocalı qətliamını tanıyıb.

Müraciətin sonunda bildirilir ki, ABŞ höküməti Vaşinqtonun strateji müttəfiqi Azərbaycanla birlikdə olmalı və işğalçı Ermənistana təzyiq göstərməlidir ki, rəsmi Yerevan beynəlxalq hüquq normalarına uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərindən öz ordusunu çıxartsın və Xocalı qətliamının törədilməsinə görə üzr istəsin.

Bu material Amerika ictimaiyyətini Xocalı qətliamı haqqında məlumatlandırmaq məqsədilə ABŞ Azərbaycanlılar Şəbəkəsinin hər il keçirdiyi kampaniya əsasında hazırlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video