Alternative content

06:25 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnstitutda ilk dərslər Xocalı soyqırımına həsr olundu
İnstitutda ilk dərslər Xocalı soyqırımına həsr olundu
ANA SƏHİFƏ / Təhsil
00:18 27.02.2020


Ötən gün Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Təhsil Nazirliyinin "Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı”na əsasən ilk dərslər Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunub.

Müəllimlər 28 il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini tələbələrlə bölüşən müəllimlər şəhid olmuş günahsız insanların həmişə ehtiramla yad ediləcəklərini diqqətə çatdırıblar.

Dərslərdə Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə müxtəlif fotoşəkillər, məlumatlar, faciəni özündə əks etdirən sənədli filmlər nümayiş olunub.

Aİİ tələbələrin milli-mənəvi köklərimizə bağlı, dövlətçiliyimizi qoruyub saxlayan, vətənini sevən, onun yolunda canından keçməyə hazır, vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması üçün qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayişini, müharibə iştirakçıları ilə görüşlərin və ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının yad edilməsi məqsədilə müxtəlif seminarların və "dəyirmi-masa”ların təşkilini həyata keçirir. Bu istiqamətdə institut Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirir. Belə ki, ali təhsil müəssisəsi Türkiyənin İstanbul şəhərində Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan "Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimatını və faciə qurbanlarına həsr olunmuş fotoşəkillərdən ibarət sərginin nümayişini həyata keçirib. Bundan əlavə, institut "Bir” Tələbə-Könüllü Proqramı ilə tələbələr üçün "Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqqında çəkilmiş "Xüsusi təyinatlı İbad” filminin nümayişini, Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Xocalı: milli tariximizin şəhidlik səhifəsi” mövzusunda tədbir keçirib. Eyni zamanda, orta məktəblərdə Xocalı soyqırımı haqqında tədbirlərdə də Aİİ-nin rəhbər və müəllim heyəti iştirak edib.

Həmçinin institutun Tələbə Gənclər Təşkilatının üzvləri Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova ilə birlikdə Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı "Ana harayı” memorial kompleksini ziyarət ediblər.

Ziyarət zamanı abidə önünə tər çiçəklər düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM