Alternative content

17:04 30 Mart 2020
ONLINE XƏBƏR LENTİ
15:54 30.03.2020 Bildiriş
15:49 30.03.2020 Bildiriş
15:45 30.03.2020 Bildiriş
15:43 30.03.2020 Bildiriş
15:40 30.03.2020 Bildiriş
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanın Paşinyana olan ümidləri tükənir
Ermənistanın Paşinyana olan ümidləri tükənir
ANA SƏHİFƏ / SİYASƏT
00:16 27.02.2020


İşğalçı ölkənin daha böyük səfalətə sürüklənəcəyi proqnozlaşdırılır


Ermənistanda sosial-iqtisadi sahədə vəziyyətin dəyişə biləcəyinə dair gözləntilər özünü doğrultmur. Əslində, bundan sonra nəyinsə dəyişəcəyinə erməni cəmiyyəti inamını tam itirib. Ermənistanın baş naziri Paşinyana olan ümidlər də puça çıxıb. O, çıxışlarında köklü dəyişikliklər vəd etsə də, bunun sadəcə yalandan başqa heç nə olmadığı reallıqda öz təsdiqini tapır.

Yeni iqtidar da vəziyyətdən çıxış üçün daha çox xarici borclanmaya üstünlük verir. Bunun üçün beynəlxalq təşkilatlardan, maliyyə qurumlarından böyük miqdarda borclar alınır. Amma maraqlısı odur ki, həmin borcların faiz ödənişlərini vermək üçün digər təşkilatdan kreditlər götürülür və bu minvalla alınan borcla başqa borcun faizləri ödənilir. Amma ilkin və sonrakı borcların əsas məbləğləri ilə bağlı heç bir ödəniş olmadığından borclar daha da artır, faizlər böyüyür.

"Lragir” qəzeti yazır ki, Ermənistanın ixracı azalır, insanların sabaha ümidi əriyir.

Bildirilir ki, işğalçı ölkəyə görünməmiş bir investisiya axını müqabilində insanların "şah” kimi yaşayacaqları barədə yeni hakimiyyətin dedikləri artıq arxaizmə çevrilməkdədir. Artıq Ermənistan vətəndaşlarının sabaha olan nikbinlikləri sürətlə itir. Bunun səbəbləri çoxdur. Məsələn, bu gün Ermənistanda "iqtisadi inqilabdan” sonra xarici ticarət balansının kəskin şəkildə azalması müşahidə edilir.

Məqalədə yazılır ki, erməni iqtisadçılar ölkədə ixracın idxaldan demək olar ki, 2,1 dəfə az olduğunu bildirirlər: "Onlar bunu rəqəmlərlə əsaslandırırlar. Əgər 2017-ci ildə xarici ticarətdə mənfi saldo 1 milyard 860 milyon dollar idisə, 2019-cu ildə 2 milyard 874 milyona çatıb. Yəni son iki ildə mənfi saldo 1 milyard dollar artıb”.

Hökumətin ötən il ixracın 9,4 faiz artaraq təxminən 228 milyon dollar olmasını böyük uğur kimi qələmə verməsinə diqqət çəkən nəşr bu müddət ərzində idxalın 10,8 faiz və ya 538 milyon dollar artdığını hökumət rəsmilərinə xatırladır.

Qeyd edək ki, 2019-cu ildə Ermənistan 5.5 milyard dollar dəyərində məhsul idxal edib. Vurğulanır ki, Ermənistan rəhbərliyi pafoslu çıxışlarını səngidib bu vəsaitin bir hissəsini yerli istehsalın inkişafına da yönəldə bilərdi. Bu gün Ermənistanın ixracla bağlı ağır vəziyyəti təkcə Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrlə deyil, həm də Avropa istiqamətində müşahidə edilir. Əgər 2017-ci ildə Ermənistanın Avropa Birliyi ölkələrinə ixracı 633 milyon dollar təşkil edirdisə, 2019-cu ildə bu rəqəm 583 milyon dollara düşüb. Belə ki, son iki ildə Ermənistanın Avropa Birliyi ölkələrinə ixracı 28 faizindən 22 faizə enib.

Belə durumda ən çox diqqəti cəlb edən məqamlardan biri də Ermənistanda Paşinyan və Konstitusiya Məhkəməsi arasında gərginliyin ən yüksək həddə çatmasıdır. Onu da əlavə edək ki, bu il aprelin 5-də Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. Baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə həyata keçiriləcək bu referendum daha çox Konstitusiya Məhkəməsinin hazırkı rəhbəri Hrayr Tovmasyanın və bir sıra hakimlərin istefasına hesablanıb. Referendumun bahalı bir proses olduğunu xatırladan yerli mətbuat Ermənistanda 2003-cü ildə keçirilən referenduma 138 min 314 dollar, 2015-ci ildə isə 3, 8 milyon dollar xərcləndiyini xatırladır. Apreldə keçiriləcək növbəti referendum üçün 7,1 milyon ABŞ dolları vəsait xərclənəcək. Maraqlıdır ki, bu gün Ermənistanda bir çox siyasi təhlilçilər Paşinyanın referendumdan məğlub kimi ayrıla biləcəyini də istisna etmirlər. Çünki xalq artıq baş nazirin yalanlarından təngə gəldiyi üçün ölkənin əsas qanununa təklif edilən dəyişikliklərə "yox” da deyə bilər.

Ermənistan ordusunda əvvəllər də müşahidə olunan qanun pozuntuları artıq daha geniş miqyas almağa başlayıb. Erməni ordusunun itkisi həm döyüş, həm də qeyri-döyüş şəraitində kütləvi şəkildə artır. Bütün bunlar isə, ilk növbədə, Ermənistanda əsgər analarının hakimiyyətə qarşı daha sərt mövqedən çıxış etməsinə səbəb olub. Bu günlərdə əsgər anaları hökumət binasının qarşısında növbəti etiraz aksiyası keçiriblər.

Hökumət binası qarşısında aksiyaya başlayan analar baş nazir Nikol Paşinyan ilə görüşmək istədiklərini bildirirlər. Onlar hökumətdən əsgərlərin öldürülməsinə son qoyulmasını tələb edirlər: "Tələbimiz odur ki, övladlarımızın hərbi xidmətdə öldürülməsinə son qoyulsun. N.Paşinyan bizi qəbul etməlidir və ciddi danışmalıyıq. Bu, belə davam edə bilməz. Nə qədər laqeyd olmalıyıq? Şənbə, bazar və ya gecə olsun, kitabı paylamağa vaxtı varsa, qoy bizi qəbul etsin. Əsgər kitabdan daha vacibdir!”.

Bütün bu qeyd edilənlər aydın şəkildə sübut edir ki, Ermənistanda yaxın tezlikdə vəziyyət daha da gərginləşə bilər.

Elçin CƏFƏROV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM