26 Fevral 2020 23:55
494
SİYASƏT
A- A+

Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyi Xocalı soyqırımının ildönümü ilə əlaqədar aksiya keçirib


Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ermənistanın bu ölkədəki səfirliyinin qarısında etiraz aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada Xocalıya ədalət tələb olunub. Aksiya iştirakçıları Xocalıda ermənilər tərəfindən törədilmiş amansız qətliamı pisləyiblər. Onlar erməni vəhşiliyinə etiraz olaraq müxtəlif dillərdə "Xocalıya ədalət!”, "Qarabağ Azərbaycandır!”, "Ermənilər, Qarabağdan rədd olun!” və digər şüarlar səsləndirib, plakatlar nümayiş etdirib, sonda səfirliyə petisiya təqdim ediblər.

Mitinqdə bildirilib ki, haqq-ədalət mütləq öz yerini tapacaq və Xocalı soyqırımını törədənlər bir gün cəzalandırılacaqlar, ermənilər işğal etdikləri torpaqları gec-tez tərk edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video