26 Fevral 2020 23:55
486
SİYASƏT
A- A+

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Niderlandda silsilə tədbirlər təşkil olunub


Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin dəstəyi, ölkədə fəaliyyət göstərən azərbaycanlı və türk diaspor təşkilatlarının təşəbbüsü və təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

Niderlanda fəaliyyət göstərən Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurası, Avropa Azərbaycanlılarının Media Qrupunun təşkilatçılığı ilə Xocalı soyqırımına beynəlxalq-hüquqi qiymətin verilməsi məqsədilə Niderland parlamenti və hökumətinə ölkənin bütün azərbaycanlı diaspor təşkilatları adından petisiya təqdim edilib.

Berlinin Brandenburq darvazası önündə təşkil olunmuş Ümumavropa Qarabağ mitinqində Niderlanddan 100-ə yaxın fəal iştirak edib və Xocalı soyqırımına öz etirazlarını səsləndirib. Bundan başqa, Haaqa şəhərinin Kamperfoeliestraat parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin ərazisində Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə anım mərasimi keçirilib. Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov tədbirdə çıxış edib.

Niderland Türk-Azərbaycan Mədəniyyət Dərnəyi Ermənistanın bu ölkədəki səfirliyinin qarısında etiraz aksiyası keçirib. Etiraz aksiyasında 80-dən çox fəal iştirak edib. Onlar ermənilər tərəfindən törədilmiş vəhşiliyə etiraz olaraq müvafiq şüarlar səsləndirib, plakatlar nümayiş etdirib və sonda petisiya təqdim ediblər.
Daha bir anım tədbiri Azərbaycanın Niderlanddakı səfirliyində keçirilib.

Səfir F.Axundov çıxış edərək Xocalı faciəsinin acı həqiqətləri barədə məlumat verib, ermənilər tərəfindən törədilmiş bu amansızlığın insanlıq əleyhinə ağır cinayət olduğunu söyləyib. O, soyqırımının beynəlxalq müstəvidə daha geniş tanınması və ona siyasi-hüquqi qiymətin verilməsi məqsədilə dövlət və hökumət rəhbərliyi səviyyəsində aparılan iş və eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən dünyanın müxtəlif ölkələrində həyata keçirilən "Xocalıya ədalət!” kampaniyası barədə məlumat verib.

Anım mərasimində Niderlandda yaşayan rəssam Rasim Hüseynov və Vəfa Rüstəmovanın Xocalı soyqırımına həsr edilmiş rəsmlərinin sərgisi nümayiş etdirilib, Xocalı ilə bağlı film göstərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video