Alternative content

12:57 01 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Yaponiya Dostluq Mərkəzi internet resurslarında Xocalı soyqırımı ilə bağlı məlumatlar yerləşdirib
Azərbaycan-Yaponiya Dostluq Mərkəzi internet resurslarında Xocalı soyqırımı ilə bağlı məlumatlar yerləşdirib
ANA SƏHİFƏ / SİYASƏT
23:51 26.02.2020

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar yapon dilində olan internet resurslarında qanlı faciə ilə bağlı yeni məlumatlar yerləşdirib.

Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, Xocalıda erməni silahlıları tərəfindən dinc əhaliyə qarşı törədilmiş faciə barədə yapon ictimaiyyətini daha geniş məlumatlandırmaq üçün bu dildə olan internet resurslarına yeni məlumatlar əlavə edilib. Ermənilərin dünya ictimaiyyətini faciə barədə yanlış məlumatlandırmağa çalışdıqlarını deyən sədr həmin mənbələrdəki yalan məlumatların, ermənilərin guya bu faciədə günahkar olmamasının təsdiqinə yönələn informasiyaların obyektiv məlumatlarla dəyişdirilməsinin zəruriliyini bildirib. Qeyd edib ki, bu saxta məlumatları hadisə barədə həqiqətləri əks etdirən informasiya və faktlarla əvəz etmək, faciə barədə dünya ictimaiyyətini obyektiv məlumatlandırmaq hər bir diaspor təşkilatının diqqət mərkəzində olmalıdır.

Təşkilatın fəallarının yapon dilində hazırladığı məlumatlar "Wikipedia” onlayn ensiklopediyasında, Yaponiyada yaxşı tanınan "Azerbaijan”, "Azerbaijan Japan Friendship Center”, "Japan&Azerbaijan”, "Azərbaycan-Yaponiya. アゼルバイジャン-日本”, "Azerbaijani diaspora in Japan” və digər sosial şəbəkə səhifələrində geniş yayılıb.

Məlumatlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlarının Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri soyqırımı, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər öz əksini tapıb. Vurğulanıb ki, Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində Xocalı faciəsi beynəlxalq səviyyədə soyqırımı kimi tanınmaqdadır. Dünyanın 10-dan çox ölkəsi, həmçinin ABŞ-ın 20-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

X.Kələntər vurğulayıb ki, yapon ictimaiyyətinin Xocalı faciəsi ilə bağlı obyektiv məlumatlandırılması bundan sonra da davam etdiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM