Alternative content

16:53 30 Mart 2020
ONLINE XƏBƏR LENTİ
15:54 30.03.2020 Bildiriş
15:49 30.03.2020 Bildiriş
15:45 30.03.2020 Bildiriş
15:43 30.03.2020 Bildiriş
15:40 30.03.2020 Bildiriş
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xocalı faciəsinin növbəti ildönümü Qəbələ rayonunda silsilə tədbirlərlə qeyd edilib
Xocalı faciəsinin növbəti ildönümü Qəbələ rayonunda silsilə tədbirlərlə qeyd edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:17 26.02.2020
 

Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü Qəbələ rayonunda da silsilə tədbirlərlə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar fevralın 26-da Qəbələ şəhərində keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə rayon Mədəniyyət Mərkəzinin foyesində "Xocalı soyqırımı uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə tanış olublar.
Rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətindən danışıb. Bildirilib ki, miqyasına və dəhşətli nəticələrinə görə heç bir tarixi hadisə ilə müqayisə olunmayan Xocalı soyqırımının törədilməsində əsas məqsəd Dağlıq Qarabağı və Azərbaycanın digər torpaqlarını ələ keçirmək, xalqımızın mübarizə əzmini qırmaq idi.

Diqqətə çatdırılıb ki, hazırda Xocalı qətliamı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyi, eləcə də Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü iş aparılır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası faciənin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.

Tədbirdə Xocalıdan olan məcburi köçkünlər Qiyas Əhmədov və Kamal Məmmədov çıxış edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM