26 Fevral 2020 19:10
503
SİYASƏT
A- A+

Fransa portalı: Faciələri tarixə həkk etmək yaddaşımızın borcudur

 

Xocalı, Srebrenitsa, Beslan, Silgaci yeni faciələrin ünvanlarıdır. Ötən əsrin 40-cı illərində baş vermiş yəhudilərə, 70-ci illərdə kambocalılara qarşı törədilmiş kütləvi qırğınlar yaddaşımıza həkk olunubsa, bu yeni qırğınları da unutmamaq yaddaşımızın borcudur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər fransızdilli "Sensemaking” portalında dərc olunmuş "Yaddaşımızın borcu: faciələri tarixdə həkk etmək sərlövhəli məqalədə ifadə olunub.

Məqalədə hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edildiyi vurğulanır. Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması, Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi, silahlı münaqişənin qurbanları barədə məlumat verən müəllif Xocalı soyqırımından ətraflı bəhs edib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərinə hücum edərək dinc sakinlərə işgəncələr verib, onları qətlə yetiriblər. Qeyd olunur ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan erməni silahlı qüvvələrinin Xocalıda qətliam törətdiklərini etiraf edib.
Məqalədə Xocalı soyqırımı ilə bağlı çoxsaylı kitabların nəşr edildiyi diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video