26 Fevral 2020 18:15
486
SİYASƏT
A- A+

Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat verib

 

Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat verib.

AZƏRTAC xəbər verir ki, Misir parlamentinin katibliyindən ölkəmizin Misirdəki səfiri Tural Rzayevə ünvanlanmış, dostluq qrupunun rəhbəri Usama Əl-Əbd və üzvü Şukri Əl-Cuneydinin imzaladığı bəyanatın mətnində deyilir: "Biz, 1992-ci il fevralın 26-da baş vermiş hadisələrin ağrı və acısını bölüşür və qanuni hüquqlarınızın tanınmasında sizinlə həmrəy olduğumuzu bildiririk.
 

Ümid edirik ki, sizin problem beynəlxalq qanunun qayda və prinsiplərinə, BMT Nizamnaməsinə tam uyğun şəkildə dünya ictimaiyyəti tərəfindən siyasi və qanuni, ədalətli qiymətini alacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video