26 Fevral 2020 18:03
475
CƏMİYYƏT
A- A+

Sankt-Peterburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

 

Sankt-Peterburqda Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu tərəfindən təşkil olunmuş gecəyə Rusiyanın Şimal paytaxtının ictimai və siyasi xadimləri, Sankt-Peterburqda yaşayan xalqların diaspor təşkilatlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri, tələbələr toplaşıblar.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Azərbaycan xalqının tarixində müdhiş faciədən danışaraq deyib: "28 il əvvəl – 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə baş verib: şəhər erməni silahlı dəstələri tərəfindən işğal edilib. Şəhərə hücum yaylım atəşi ilə başlayıb. Nəticədə 613 dinc sakin həlak olub, 487 nəfər yaralanıb, 1275 sakin əsir götürülüb, 150 xocalılı itkin düşüb. Dinc əhali xüsusi amansızlıqla məhv edilib. Bu, Azərbaycan xalqına qarşı törədilmiş əsl soyqırımı idi”.

Diplomat xatırladıb ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın hər yerində müxtəlif tədbirlər keçirilir. O əlavə edib ki, kampaniya beynəlxalq ictimaiyyətin Xocalı hadisələri barədə daha geniş məlumatlandırılması məqsədi daşıyır. Konsul tarixi reallıqların düzgün işıqlandırılmasının və bu dəhşətli cinayəti törədənlərin pislənməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Sankt-Peterburqun Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişev, diaspor təşkilatlarının rəhbərləri çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video