26 Fevral 2020 17:57
1435
Elm və texnika
A- A+

AMEA-nın elmi müəssisələrində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib

 

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra elmi müəssisə və təşkilatlarında, o cümlədən Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası, Torpaqşünaslıq və Aqrokimya, Əlyazmalar, Biofizika, Neft və Qaz, Dendrologiya, Genetik Ehtiyatlar, Coğrafiya, Dilçilik, Şərqşünaslıq institutlarında, eləcə də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Seysmoloji Xidmət Mərkəzi, Hüseyn Cavidin ev-muzeyi və Milli Azərbaycan Tarixi Muzeyində anım tədbirləri keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Xocalı soyqırımının acı nəticələrindən və başvermə səbəblərindən söz açılıb. Bildirilib ki, XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının illərboyu Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. Hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib və məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə fevralın 26-sı "Xocalı soyqırımı günü” kimi qəbul edilib.

Anım tədbirlərində erməni böhtanlarının ifşası, azərbaycanlıların soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də bəhs olunub. Bildirilib ki, bu sahədə Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipial siyasət həyata keçirilir. Aparılan diplomatik fəaliyyət nəticəsində bir sıra ölkələr Xocalıda baş verənləri soyqırımı və qətliam kimi tanıyır.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası da Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Düşmənin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı qan yaddaşımızdan heç zaman silinməyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video