26 Fevral 2020 17:42
428
CƏMİYYƏT
A- A+

Türkiyə vətəndaşı: Bu kədərli gündə azərbaycanlı qardaşlarımızın yanında olmaq üçün Bakıya gəlmişik

 

Türkiyənin Adana vilayətindən və Ankara şəhərindən öz təşəbbüsümüzlə 50 nəfərlik nümayəndə heyəti ilə ilk dəfədir Azərbaycana gəlmişik. Məqsədimiz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən qətliamı, bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədənləri sərt şəkildə qınamaq, azərbaycanlı qardaşlarımızın kədərini paylaşmaqdır.

Bunu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən anım mərasimində iştirak etmək üçün Türkiyədən gələn Ayhan Binboya AZƏRTAC-a müsahibəsində deyib.

Bakıdakı "Ana harayı” abidəsini ziyarətə edərək, şəhidlərimizin ruhuna dualar oxuduqlarını, qanlı faciənin şahidi olan insanların kədərlərini bölüşdüklərini vurğulayan A.Binboya bildirib: "Xocalıdan olan azərbaycanlı qardaşlarımızın ağrı-acısını, kədərini bölüşməyə çalışırıq. Bu, ölkələrimizin və xalqlarımızın qardaşlığının təzahürüdür. Ulu öndər Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Türkiyə həmişə Azərbaycanın yanında olub və bundan sonra da olacaqdır. Bizim birliyimiz könül birliyidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video