26 Fevral 2020 17:28
569
DÜNYA
A- A+

Koronavirus qurbanlarının sayı sürətlə artır

Dünyada artıq 2800 nəfərə yaxın adam yeni tipli koronavirusun qurbanı olmuşdur. Çinin hüdudlarından kənarda 49 nəfər dünyasını dəyişmişdir. Bu barədə rəsmi statistikaya istinadən "South China Morning Post” qəzeti xəbər verir.

Məlumata görə, 16 nəfər İranda, 12 nəfər Cənubi Koreyada, 11 nəfər İtaliyada, 5 nəfər Yaponiyada, 2 nəfər Honq Konqda vəfat etmişdir. Fransa, Tayvan və Filippində hərəyə bir ölüm halı qeydə alınmışdır.

Dünənki statistikaya əsasən, dünyada koronavirusa 80993 nəfər yoluxmuşdur. Ən çox xəstə Cənubi Koreyada aşkar olunmuşdur – 1146 nəfər. Yaponiyada 850 nəfər, İtaliyada 323 nəfər, İranda 95 nəfər, Sinqapurda 91 nəfər, Honq Konqda 85 nəfər, ABŞ-da 53 nəfər, Tailandda 37 nəfər, Tayvanda 31 nəfər, Avstraliyada 23 nəfər, Malayziyada 22 nəfər, Almaniyada 18 nəfər, Vyetnamda 16 nəfər, Fransada 14 nəfər, BƏƏ və Böyük Britaniyada hərəyə 13 nəfər, Makao və Kanadada hərəyə 10 nəfər xəstəliyə yoluxmuşdur.

Bu arada Çinin materik hissəsində koronavirusdan ölənlərin sayı 2715 nəfərə çatmışdır. Son bir gün ərzində 52 xəstə vəfat etmişdir. İndiyədək xəstəliyə 78064 nəfər yoluxmuş, 29745 nəfər sağalaraq xəstəxanadan evə buraxılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video