Alternative content

01:51 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət başçısının yeni Fərmanı qeyri-formal məşğulluğun qarşısının alınmasında müasir texnologiyanın geniş tətbiqinə xidmət edir
Dövlət başçısının yeni Fərmanı qeyri-formal məşğulluğun qarşısının alınmasında müasir texnologiyanın geniş tətbiqinə xidmət edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:20 26.02.2020

Prezident İlham Əliyevin "Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il fevralın 25-də imzaladığı Fərman ölkəmizdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyaların geniş tətbiqi şəraitində səmərəliliyinin artırılmasına xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, qeyri-formal məşğulluq ölkədə kölgə iqtisadiyyatının yayılmasına rəvac verərək rəqabət mühitinə mənfi təsir göstərməklə yanaşı, işçilərin əmək və sosial hüquqlarının pozulmasına, onların sosial sığorta sistemindən və nəticədə gələcək sosial təminatdan kənarda qalmasına, vergidən yayınmaqla dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarır. Ona görə də qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi dövlət üçün əsas prioritetlərdən biridir. Qeyri-formal məşğulluğun qarşısının alınmasında müasir texnologiyanın üstünlüklərindən istifadə olunması bu sahədə səmərəliliyin və effektivliyin artırılmasında mühüm rol oynayır.

"Məşğulluq haqqında” 2018-ci il 29 iyun tarixli Qanunda "Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının yaradılması nəzərdə tutulub. Dövlət başçısının həmin Qanunun tətbiqi barədə 2018-ci il avqustun 24-də verdiyi Fərmanda "Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemləri və ehtiyatlarının siyahısı barədə təkliflərin hazırlanması tapşırılmışdır. Yeni imzalanan Fərmanla artıq həmin siyahı təsdiq edilib. Siyahıda aidiyyəti qurumların (20-yə yaxın qurum) informasiya sistemləri və ehtiyatları əhatə olunur.

Məşğulluq sahəsində lazımi məlumatları özündə əks etdirən həmin informasiya sistemləri və ehtiyatlarının "Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası nəticəsində qeyri-formal məşğulluğun aşkar edilməsi imkanları, ümumən müasir texnologiyadan geniş istifadə şəraitində nəzarət tədbirlərinin səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq. Belə ki, artıq iş yerinə getmədən sahibkar – məmur təması minimuma endirilməklə, işəgötürən barədə müxtəlif dövlət qurumlarının elektron informasiya sistemlərindəki məlumatların yoxlanılması ilə, elektron audit vasitəsilə risk qruplarının müəyyən edilməsi mümkün olacaq. Nəticə etibarilə qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlərin görülməsi təmin olunacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM