26 Fevral 2020 13:38
464
SİYASƏT
A- A+

Azərbaycanlı gənclər Romada Xocalı faciəsi ilə bağlı məlumatlandırma aksiyası keçiriblər


Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi, Azərbaycan-İtaliya Gənclər Assosiasiyası və İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə Romanın əsas meydanlarından olan "Piazza del Popolo”da bir araya gələn azərbaycanlı gənclər Xocalı faciəsini 28-ci ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçiriblər.

AZƏRTACxəbər verir ki, aksiya ərzində yerli sakinlərə və turistlərə Xocalı həqiqətlərini əks etdirən 300-dən çox çap materialı, broşür, flayer və kitab paylanılıb.

Aksiya iştirakçıları Azərbaycanın dövlət himnini ifa edib, Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video