Alternative content

01:30 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xocalı faciəsi ilə əlaqədar DSX-nin bütün hərbi hissələrində və sərhəd bölmələrində silsilə tədbirlər keçirilir
Xocalı faciəsi ilə əlaqədar DSX-nin bütün hərbi hissələrində və sərhəd bölmələrində silsilə tədbirlər keçirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:55 26.02.2020

Dövlət Sərhəd Xidmətinin (DSX) bütün struktur qurumlarında, hərbi hissələrində və sərhəd bölmələrində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. DSX-nin Siyasi Repressiya Qurbanları, Azərbaycan Milli İstiqlal və Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırımı muzeylərində keçirilən tədbirlərdə Xidmətin zabit, gizir, kursant heyəti iştirak edib, dəhşətli faciənin erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı olduğu şəxsi heyətin diqqətinə çatdırılıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən tədbirdə şəxsi heyət əvvəlcə Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotosərgi ilə tanış olub.

Tədbirin rəsmi hissəsi Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, faciənin səbəb və nəticələri barədə ətraflı məlumat veriblər.

Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsi, erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüsün ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi qeyd olunub. Soyqırımı hadisəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verməsi, xalqımıza qarşı törədilmiş bu qanlı cinayətin beynəlxalq müstəviyə çıxarılması və Xocalı soyqırımının qətliam kimi Pakistan və Sudan tərəfindən tam səviyyədə, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tərəfindən isə parlament səviyyəsində tanındığı bildirilib.

Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM