26 Fevral 2020 03:48
577
SİYASƏT
A- A+

Qanlı cinayət unudulmur


AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Atakişili kənd tam orta məktəbi ilə birgə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir.

Tədbirdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət himni səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri Yaqut Bahadurqızı xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında ətraflı məlumat vermişdir. O, çıxışında 1990-cı illərin əvvəllərində ölkəmizdə yaranan xaos və anarxiya nəticəsində bir çox bölgələrimiz kimi Xocalı şəhərinin də nəzarətdən kənarda qalmasından, bundan istifadə edən erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda misli görünməmiş faciə törətməsindən, nəticədə Xocalı sakinlərinin qətlə yetirilməsindən, yaralanmasından və əsir götürülməsindən bəhs etmişdir. Bu soyqırımı hadisəsi yalnız Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymətini almışdır.

Monitorda Xocalı soyqırımı dəhşətlərini əks etdirən kadrların nümayişi, şagirdlərin təsirli çıxışları, dəhşətli soyqırımına həsr olunmuş şeirlər, həzin musiqilər tədbir iştirakçılarına kədərli anlar yaşatmışdır.

Sonda Kürdəmir rayon Atakişili kənd tam orta məktəbinin direktoru Aytən Əkbərova çıxış edərək şagirdləri xalqın qan yaddaşı olan Xocalı soyqırımını, eləcə də işğal olunmuş digər torpaqlarımızda törədilmiş qanlı cinayətləri, vəhşilikləri unutmamağa, Vətən, torpaq uğrunda mübarizəyə hər zaman hazır olmağa çağırdı. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, xalqımızın tarixi, başına gətirilmiş faciələrlə bağlı tədbirlərin keçirilməsinin böyük əhəmiyyətindən bəhs etmiş və tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.

Tədbir iştirakçıları Atakişili kənd tam orta məktəbinin şagirdlərinin Xocalı soyqırımına həsr etdikləri əl işləri və rəsmlərdən ibarət sərgisi ilə tanış olmuşlar.

Tofiq ABDULLAYEV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video