“Günəşin batdığı yer”də Xocalı “Haray”ı...
İyirmi səkkiz ildir ki, Xocalıya və xocalılara ən kədərli, ən ağrılı, ürəkdağlayan əsərlər həsr olunur. Xocalı faciəsi haqqında ilk tammetrajlı bədii filmlər 1993-cü ildə ekranlara çıxdı.
Onlardan biri yazıçı Nüşabə Məmmədovanın "Haray” pyesinin motivləri əsasında çəkilib. Filmdə düşmən əhatəsindən çıxmaq üçün ağlasığmaz əzablara qatlaşan, ermənilərin azərbaycanlı əsirlərə verdikləri dəhşətli işgəncələrin şahidi olan, çıxış yolunu özlərini dağdan atmaqda görən iki yeniyetmənin - qardaşla bacının faciəsindən bəhs olunur.
Ekran əsərinin ssenari müəllifi Nüşabə Məmmədova və Eldəniz Quliyev, quruluşçu rejissoru Oruc Qurbanovdur. "Mozalan” Studiyasının istehsalı olan filmin çəkilişlərinə Xocalı, Hacıkənd, Xanlar (indiki Göygöl), Goranboy rayonlarının və Gəncə şəhərinin camaatı kömək göstəriblər.
Həmin il ekranlara çıxan "Fəryad”ın baş qəhrəmanı - İsmayıl tamaşaçılara tanışdı. "Ögey ana” filminin balaca qəhrəmanı böyüyüb, ailə sahibi, batalyon komandiri olub. Vətən torpaqlarını qorumaq naminə erməni işğalçıları ilə döyüşən komandir İsmayıl Hüseynov düşmənlər tərəfindən əsir götürülür, işgəncələrə məruz qalır.
Film real faktlara əsaslanır, Qarabağ müharibəsində iştirak edən döyüşçülərimizin birinin başına gələn hadisələrdən bəhs olunur. Güllələnmiş, soyuqdan donmuş xocalılıları da elə həmin vaxt Xocalıdan Goranboya gəlmiş xocalılar özləri canlandırıblar.
"Fəryad”ın ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissoru və baş rolunun ifaçısı Ceyhun Mirzəyevdir. Filmdə "Ögey ana”nın kadrlarından da istifadə olunub.
1998-ci ildə çəkilən "Qırmızı qar” adlı film də ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri dəhşətli faciələrdən bəhs edir. Azərbaycan Televiziyasının istehsalı olan ekran əsərinin quruluşçu rejissoru Mərahim Fərzəlibəyovdur. Film Ağarəhim Rəhimovun "Gəlinqayada qoşa məzar” povesti əsasında çəkilib.
"Azərbaycanfilm” kinostudiyasında 2007-ci ildə ekranlaşdırılan "Biz qayıdacağıq” bədii filmi məcburi köçkünlərin ağrılarından bəhs edir. Filmdə xronikal kadrlardan və quraşdırma səhnələrdən istifadə olunub. Ekran əsərinin rejissoru Elxan Qasımovdur.
"Günəşin batdığı yer”də də erməni qəsbkarlarının talan etdikləri, sakinlərini qətlə yetirdikləri Xocalıdan bəhs olunur. 2012-ci ildə çəkilən tammetrajlı bədii-sənədli televiziya filminin ssenari müəllifi Eldar İsgəndərzadə, rejissoru Elşən Zeynallıdır. Bədii səhnələrdə aktrisa Aybəniz Əhmədova çəkilib.
Xocalı soyqırımı barədə həqiqətlər Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə” kinostudiyasında çəkilən "Dua”, "Azərbaycantelefilm”də lentə alınan "Xocalı”, "Xocalı soyqırımı”, "Xocalı şahidləri”, "Yaddaş” sənədli filmlər studiyasında istehsal edilən, Azərbaycanın Milli qəhrəmanları Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunan "İlk komandir”, "Xocalının zamini”, "Pəhləvan komandir” və başqa sənədli filmlərdə də əksini tapıb.
Xocalı soyqırımına həsr olunmuş "Sonsuz dəhliz” ("Endless Corridor”) filmi 2014-cü ildə çəkilib. "Sonsuz dəhliz” o dəhşətli hadisələrin şahidi olmuş litvalı jurnalist Riçard Lapaitisin faciədən iyirmi il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında ekranlaşdırılıb. Litvalı rejissor Aleksandras Brokasın çəkdiyi Xocalı qırğınından söz açan bu sənədli film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət” təbliğat kampaniyası çərçivəsində hazırlanıb. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.
Teatr tamaşalarında Xocalı...
Xocalıların çəkdikləri müsibətlər teatr tamaşalarında da əksini tapıb. Elə bu il fevralın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu "Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa növbəti dəfə nümayiş olunacaq. Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə təqdim olunacaq tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.
Tamaşada rolları Əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.
Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında olan "Xocalı - bu olub” tamaşasının müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Səhnə əsərində rolların ifaçıları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyevdir.
Tamaşa Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə keçən il fevralın 25-də ilk dəfə Bolqarıstanın paytaxtı Sofiyada Xocalı soyqırımının tanıdılması məqsədilə nümayiş olunub.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində isə fevralın 26-da yazıçı-dramaturq Hüseynbala Mirələmovun ikihissəli "Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa oynanılacaq. Dünyanın kabusuna çevrilən müharibəyə, zorakılığa qarşı yönələn, insanları ən çətin anlarda da ləyaqətini, dözümünü qorumağa, mübariz olmağa səsləyən bu əsəri səhnələşdirən quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Xalq artisti Siyavuş Kərimidir. Əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov ifa edəcəklər.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!