Xocalı faciəsini törədənlər ədalət məhkəməsi qarşısında dayanacaqlar
Bu, həm bizim, həm də zamanın tələbidir
Nə tarixin, nə də insanların yaddaşlarında unudulması mümkün olmayan Xocalı soyqırımının qurbanlarının xatirəsi hər il olduğu kimi, bu il də respublikamızın şəhər, rayon, qəsəbə və kəndlərində, hətta ayrı-ayrı təşkilatlarda anılır, qətliamın gənc nəslə, eləcə də dünya ictimaiyyətinə tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirilir.
Ermənilər 28 il bundan əvvəl - 1992-ci il fevralın 26-da qarlı-şaxtalı qış gecəsində Xocalı şəhər sakinlərinə qarşı soyqırımı həyata keçirmişlər. Erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları etnik təmizləmə siyasətinin qanlı səhifəsi olan bu faciə amansızlığına və qəddarlığına görə insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biridir.
Bütün dünyanın gözü qarşısında baş verən bu soyqırımının əsl mahiyyəti Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra üzə çıxmışdır. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Ümummilli Lider bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini açaraq demişdir: "Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, habelə Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görürlər. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən qurulub. Dövlət başçısı hər il fevralın 26-da dövlət və hökumət, habelə ictimaiyyət nümayəndələri ilə birgə həmin abidənin önünə gəlir, soyqırımı qurbanlarının xatirəsini yad edir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, erməni vandalizminin beynəlxalq aləmə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində görülən işlərdə Heydər Əliyev Fondunun müstəsna rolu var. Məhz bu fondun dəstəyi ilə Xocalı faciəsinin ildönümü hər il dünyanın müxtəlif ölkələrində qeyd olunur. Bu fondun fəaliyyəti sayəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri barədə daha dolğun məlumatlandırılır. Bu günlərdə Almaniyada və Londonda keçirilən və bütün dünyaya səs salan "Xocalıya ədalət” kampaniyası dediklərimizə bariz nümunədir. Fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı bir sıra əcnəbi dillərdə nəşr olunan kitab və bukletlər xarici ölkələrdə yayımlanır. Nəticədə bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyirlər.
Bu il fevralın ikinci ongünlüyündə Avropada - Almaniya Federativ Respublikasında keçirilən 56-cı Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanla debatda, eləcə də panel iclaslardakı çıxışları və digər görüşlərində erməni yalanlarını bir daha beynəlxalq aləmdə ifşa etmişdir. Azərbaycan Prezidentinin məcburi köçkünlərin və qaçqınların haqq səsinin eşidilməsi, torpaqlarımızın işğaldan azad olunması üçün hər addımda qətiyyət nümayiş etdirməsi, erməni vəhşiliklərinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki mövqeyi ictimaiyyəti qürurlandırmış, gənclərimizdə vətənpərvərlik əhvali-ruhiyyəsini daha da artırmışdır. Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün çıxışlarında qətiyyətli şəkildə bildirmişdir ki, Ermənistanın təcavüzkar siyasəti bundan sonra da ifşa ediləcək. Bununla da Avropanın ürəyindən növbəti dəfə bütün dünyaya çatdırıldı ki, xalqımız istənilən yolla Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı və ətraf rayonları azad etməyə, münaqişənin Azərbaycan dövlətinin maraqları çərçivəsində ədalətlə həllinə nail olacaqdır.
Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsi olaraq Xocalı soyqırımını tanıyan dövlətlərin sayı ilbəil artır. Pakistan, Meksika, Rumıniya, Serbiya, Peru, Panama, Çexiya, İordaniya, Bosniya və Herseqovina, Honduras, Sudan və Kolumbiya parlamentləri, ABŞ-ın 15 ştatı Xocalı hadisələrinin soyqırımı aktı kimi tanınması haqqında qərarlar qəbul ediblər. Prezident İlham Əliyevin xarici ölkə rəhbərləri ilə görüşlərində, bütün çıxış və nitqlərində dönə-dönə vurğuladığı kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı olaraq qəbul edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan hələlik münaqişənin sülh yolu ilə həlli üçün səylərin davam etdirilməsini zəruri saysa da, ərazi bütövlüyünün pozulması ilə heç cürə barışmaq niyyətində deyil. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 28-ci ildönümü haqqında imzaladığı sərəncamda deyilir: "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistanın münaqişənin hamılıqla qəbul olunmuş norma və prinsiplərlə həllinə razılıq verməyəcəyi, təcavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycanın öz torpaqlarını istənilən yolla azad edəcəyini qətiyyətlə bildirmişdir. Bu, Azərbaycan xalqının müstəsna hüququdur və onu heç bir dövlət bu yoldan çəkindirə bilməz. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.
Şübhə yoxdur ki, düşmən tapdağı altında olan ərazilərimiz tezliklə işğaldan azad ediləcək, həmçinin xalqımıza qarşı ağır cinayətlərə yol verənlər, o cümlədən Xocalı faciəsini törədənlər ədalət məhkəməsi qarşısında dayanacaqlar. Bu, həm bizim, həm də zamanın tələbidir.
Rəhman SALMANLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!