26 Fevral 2020 03:41
988
Təhsil
A- A+

Xocalı müsibətləri müxtəlif dillərdə


Bakı Slavyan Universitetində keçirilən anım tədbirində 17 xarici ölkə səfirliyinin nümayəndələri iştirak edib


Dünən Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyasının, 17 xarici ölkə səfirliyinin və diplomatik korpusunun, deputatların, müxtəlif dövlət qurumlarının məsul şəxslərinin, ali təhsil müəssisələri rəhbərlərinin, tanınmış ictimai-siyasi, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin, həmçinin Qarabağ müharibəsi veteranlarının iştirakı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımı-əsrin faciəsi” adlı geniş tədbir keçirilib.

Xocalı faciəsinə həsr olunmuş sərgiyə baxışdan sonra iştirakçılara BSU-nun Xocalı soyqırımına dair bukletləri paylanılıb. Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin müvafiq sərəncamı ilə "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı” təsdiq edilib: "Xalqımızın və bəşəriyyətin tarixinə qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 28 il keçir. 28 il bundan öncə ermənilər xalqımıza qarşı xüsusi qəddarlıq və böyük amansızlıqla Xocalı qətliamını törətdilər. Xain, məkrli və namərd qonşularımız iki əsrdən çoxdur ki, xalqımıza qarşı soyqırımı və deportasiya siyasəti aparır. Xocalı soyqırımı bu mənfur və məkrli siyasətin ən qanlı, ən faciəli səhifələrindən biridir. Xocalıda dinc mülki əhali, o cümlədən körpələr, qadınlar, qocalar xüsusi vəhşiliklə qətlə yetirilib. Bu soyıqırımı həm də xalqımıza qarşı törədilmiş böyük hərbi cinayətdir”.

Rektor onu da xüsusi vurğulayıb ki, Xocalı soqırımına siyasi-hüquqi qiymət yalnız Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra verildi. Azərbaycan Prezidenti

İlham Əliyev də Xocalı soyqırımının bütün dünyada tanıdılmasını dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətləri var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan "Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası dünyanın 80-dən çox ölkəsində həyata keçirilir. Prezident İlham Əliyev fevral ayının 15-də Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanı dərin məntiqi və konkret tarixi faktlar əsasında ifşa etdi. Bu, Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik uğurudur.

Professor çıxışının sonunda onu da qeyd edib ki, Azərbaycan xalqı həmişə Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, amansızlıqla törədilmiş bu qətliamın ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyir.

Tədbirdə BSU-nun tələbə-gəncləri dünyanın müxtəlif dillərində "Xocalıya ədalət” şüarını səsləndiriblər. Heydər Əliyev Fondunun sifarişi ilə ingilis dilində çəkilmiş "Xocalı qətliamı” filminin nümayişindən sonra BSU-nun Jurnalistika kafedrasının müdiri, professor Şəlalə Həsənovanın rus dilində "Xocalı soyqırımı” və Tələbə Elmi Cəmiyyətinin sədri Könül Zeynallının "Xocalı soyqırımı gənclərin gözü ilə” mövzusunda məruzələri dinlənilib.

O dəhşətli faciənin şahidi, Xocalı hava limanının əməkdaşı olmuş Nazim Hüseynov "Bir gecənin faciəsi”ni dilə gətirib. Sonda quruluşçu rejissoru Əli Natiqoğlu olan və BSU-nun tələbə-gənclərinin səhnələşdirdiyi "Ana harayı” tamaşası nümayiş etdirilib.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video