25 Fevral 2020 23:52
474
SİYASƏT
A- A+

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb


Qazaxıstanın paytaxtında fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı aktı nəticəsində yüzlərlə insanın, o cümlədən yaşlıların, qadınların və uşaqların qətlə yetirildiyi, insanlıq tarixinin ən qanlı faciələrindən birinin baş verdiyi bildirilir.

Bəyanatda, həmçinin deyilir: "Beynəlxalq Türk Akademiyası olaraq Xocalı faciəsinin 28-ci ildönümündə qardaş Azərbaycan xalqının üzüntüsünü və kədərini bölüşür, bütün insanlığa qarşı yönəlmiş bu cinayət aktını lənətləyirik. Belə cinayətlərin bir daha baş verməməsi üçün beynəlxalq ictimaiyyəti bu vəhşiliyi qınamağa, baş verənlərə obyektiv qiymət verməyə çağırır, Azərbaycan dövlətinin başlatdığı "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasını dəstəkləyirik. Xocalıda qətlə yetirilən bütün insanları dərin hüznlə anır, Azərbaycan dövlətinə və xalqına başsağlığı veririk”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video