25 Fevral 2020 20:41
493
CƏMİYYƏT
A- A+

Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib


Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, fevralın 25-də Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov, ittifaqın aparatı işçiləri, FHN-in qurumlarında fəaliyyət göstərən bir qrup həmkarlar ittifaqı komitələrinin sədrləri və fəal üzvləri "Ana harayı” abidəsini ziyarət edərək önünə tər qərənfillər düzüblər.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edərək, tarixdə insanlığa qarşı misli görünməmiş soyqırımı törədiblər. Erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı törədilən bu qırğın nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 63 nəfəri uşaq, 106-sı qadın və 70-i isə qocalardır. Bundan başqa, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 8 ailə tamamilə məhv edilib. İtkin düşmüş 150 nəfərin taleləri barədə bu günə qədər heç bir məlumat yoxdur.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə davamlı olaraq addımlar atılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video