25 Fevral 2020 20:38
451
SİYASƏT
A- A+

Dövlət Bahçeli: Xocalıda axan qanın hesabının cəlladlardan soruşulması tarixi məcburiyyətdir


Xocalı soyqırımı beynəlxalq insan haqları məhkəmələri kimi, hüquqi qurumlar tərəfindən tanınmalı və günahkarlara tələb olunan cəzalar verilməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.

Xocalı soyqırımının dəhşətlərindən danışan partiya sədri diqqətə çatdırıb ki, keçmiş Sovet İttifaqının süqutundan sonra saxta "böyük Ermənistan” xəyalı ilə yaşayan Levon Ter-Petrosyan türk düşmənçiliyini yeni bir mərhələyə gətirərək müasir dünyanın gözü qarşısında Dağlıq Qarabağın işğalı siyasətini yürütdü. Azərbaycan ərazisinin beşdəbirini işğal edən Ermənistan hələ də qədim türk yurdundan geri çəkilməyib və hərbi işğala son qoymaq niyyətində deyil.

Partiya sədri deyib ki, 28 il əvvəl Xocalıda soyqırımı aktı həyata keçirilib. Bu soyqırımı törədənlər hələ də cəzalarını almayıblar. Saxta "erməni soyqırımı” anlayışını Türkiyəyə qarşı siyasi və diplomatik təhdid vasitəsinə çevirən ölkələrin ədalətə az da olsa sayğıları varsa, insan haqlarına cüzi də olsa bağlılıqları varsa, Xocalıda axan qanın hesabının cəlladlardan soruşulması tarixi məcburiyyətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video