25 Fevral 2020 14:53
796
İQTİSADİYYAT
A- A+

Keçən il ölkədə 192 min yeni iş yeri açılıb


2019-cu ildə ölkədə 192 min yeni iş yeri açılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində yaradılmış iş yerlərinin 27 faizi qeyri-dövlət sektorunda olub. Yeni iş yerlərinin 55,5 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 42,8 faizi digər regionların, o cümlədən 16,3 faizi Aran, 6,9 faizi Gəncə-Qazax, 5,9 faizi Lənkəran, 3,6 faizi Abşeron, 3,3 faizi Şəki-Zaqatala, 2,4 faizi Dağlıq Şirvan, 2,2 faizi Yuxarı Qarabağ, 2,1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 29,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 26,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 43,8 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 45,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 14,2 faizi tikinti, 8,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi emal sənayesi, 3,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,6 faizi peşə, elmi və texniki fəaliyyət, 2,2 faizi təhsil, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 8,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2019-cu il ərzində ölkədə 9,4 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 51,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 39,8 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,2 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video