25 Fevral 2020 12:15
457
SİYASƏT
A- A+

Yunanıstan və Albaniya KİV-lərində Xocalı soyqırımından bəhs edən məqalələr dərc olunub


Xocalı soyqırımının 28-ci ildönümü Yunanıstan və Albaniyanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır.

AZƏRTAC xəbər verir ki, dərc olunan məqalələrdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti, ötən əsrin ən dəhşətli faciələrindən sayılan Xocalı soyqırımının qurbanları haqqında yerli oxuculara ətraflı məlumat verilir. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törədikləri bu soyqırımı nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın qətlə yetirildiyi, 1275 dinc sakinin əsir götürüldüyü, 155 nəfərin taleyindən isə hələ də xəbər olmadığı qeyd olunur. Bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin müddəalarının kobud şəkildə pozulması hesab edilir.

Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!” kampaniyasının soyqırımı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolundan bəhs olunur. Bildirilir ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması və obyektiv qiymətin verilməsi istiqamətində davamlı işlər aparılır. Bu faciə dünyanın 10-dan çox ölkəsi və ABŞ-ın 20-dən çox ştatı tərəfindən soyqırımı kimi tanınır və qəti şəkildə pislənilir.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birgə imzaladığı Xocalı soyqırımı ilə bağlı bəyanat ortodoks xristianlarının oxucu kütləsinin sayına görə Yunanıstanda ən böyük elektron KİV-i olan vimaorthodoxias.gr saytında işıqlandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video