25 Fevral 2020 10:22
474
SİYASƏT
A- A+

Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb


AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynli Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, Ukraynanın 30-dan çox informasiya agentliyi, portal və qəzetinə ünvanlanan bəyanatda Xocalı soyqırımı haqqında geniş məlumat verilib. "Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması” sərlövhəli bəyanatda qeyd olunur ki, Xocalı soyqırımı mahiyyət etibarilə Holokost, Hernika, Xatın və digər soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni qəbildəndir. Bəyanatda dünya mediasının Xocalı soyqırımı barədə yazdıqları məlumatlara geniş yer verilib və bildirilib ki, dünyanın bir çox ölkələri Xocalı soyqırımını tanıyıb. "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində bu soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Müəllif Xocalı soyqırımı ilə bağlı rəqəmləri təqdim edib və Ukrayna mətbuatını Ermənistanın işğalçılıq siyasətini və insanlığa qarşı törətdiyi cinayətləri pisləməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video