25 Fevral 2020 10:17
597
DÜNYA
A- A+

Dünya Səhiyyə Təşkilatı COVID-19 koronavirusu ilə bağlı pandemiya təhlükəsi görmür


Müxtəlif ölkələrdə COVID-19 koronavirusuna yeni yoluxma hallarının təsdiqlənməyinə baxmayaraq, Dünya Səhiyyə Təşkilatı (DST) hazırda pandemiya təhlükəsi görmür və nikbin mövqedədir. Təşkilatdan bildirilib ki, Çində yoluxma hallarının azalması bu nikbinliyə əsas verir.

AZƏRTAC xəbər verir ki, DST-nin baş direktoru Tedros Gebreyesus verdiyi açıqlamada virusun yayılmasının qarşısını almağın mümkün olduğunu deyib. O, İtaliya, İran və Cənubi Koreyadan daxil olan məlumatların narahatlıq doğurduğunu bildirib, lakin bu vəziyyətin pandemiya (virusun eyni vaxtda bir neçə ölkədə və ya bütün dünyada yayılması) deyil, ayrı-ayrı ölkələrdə epidemiya halı kimi dəyərləndirib.

Təşkilat rəhbəri, həmçinin qeyd edib ki, DST koronavirusla beynəlxalq fövqəladə vəziyyət, beləliklə də mümkün ola bilən ən yüksək həyəcan pilləsini elan edib. İndi isə baş verə biləcək bütün hallara qarşı mümkün qədər cəld şəkildə reaksiya verməyin və müvafiq addımlar atmağın zamanıdır. "Çünki bu mübarizədə təkbaşına hər kəs uduzur, biz yalnız birlikdə qalib gələ bilərik", - deyən Tedros Gebreyesus dünya ölkələrini virusa qarşı mübarizədə əməkdaşlıq və koordinasiyalı fəaliyyətə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video