Alternative content

14:19 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
13:36 31.03.2020 Evdə qal, xilaskar ol
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır
Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır
ANA SƏHİFƏ / SİYASƏT
10:08 25.02.2020

Cənubi Koreyanın kütləvi informasiya vasitələrində, o cümlədən "The Korea Post”, "The Seoul Times”, "The Korea Times” qəzetlərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin motoatıcı alayı ilə birgə Xocalı şəhərini zəbt edərək Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdiyi bildirilib. Qeyd olunub ki, Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, о cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, yüzlərlə insan əsir və girov götürülüb, itkin düşüb, şəhər yerlə-yeksan edilib, evlər və sosial infrastruktur tamamilə dağıdılıb.

Xocalı soyqırımının iştirakçıları mülki şəxslərə qarşı törətdikləri cinayətkar əməllərini etiraf ediblər. Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımı iştirakçısı Serj Sarkisyanın "Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldırmazlar. Amma biz bu stereotipi sındıra bildik” fikri məqalələrdə əksini tapıb.

Qeyd olunub ki, həmin günlərdə "Sunday Times”, "Financial Times”, "Times”, "İzvestiya”, "Le Monde”, "Crual L'Eveneman” kimi nəşrlər Xocalıda törədilən qanlı hadisələr barədə məqalələr dərc ediblər.

Cənubi Koreya qəzetlərinin məqalələrində Xocalıda baş verənlərin müvafiq beynəlxalq sənədlərə əsasən soyqırımı aktı olduğu, Xocalı faciəsinin Holokost, Xatın, Lidisa, Oradur, Srebrenitsa soyqırımından heç bir fərqinin olmadığı vurğulanıb.

Məqalələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan "Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülmüş işlərdən geniş söz açılıb. Bildirilib ki, kampaniya nəticəsində dünya ictimaiyyətində Xocalıda beynəlxalq humanitar hüququn və insan haqlarının pozulduğuna dair qlobal məlumatlılıq artıb, bir neçə beynəlxalq təşkilat, bəzi ölkələrin parlamentləri və ABŞ-ın 22 ştatı Xocalı soyqırımını tanıyıb və pisləyib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM