Alternative content

12:57 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 358 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 358 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
08:25 25.02.2020


Qərar № 32/387


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 106 saylı Tovuz - Qazax - Ağstafa seçki dairəsi üzrə qeydə alınmış namizəd Rəhimov Mütəllim Qara oğlu 2020-ci il fevralın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) adıçəkilən seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 16/49 saylı qərarından şikayət verərək, həmin qərarın və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

M.Q.Rəhimov müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə səsvermə günü 106 saylı Tovuz - Qazax - Ağstafa seçki dairəsinin seçki məntəqələrində yol verilmiş pozuntularla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, həmin müraciət Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən aidiyyəti üzrə araşdırılması üçün dairə seçki komissiyasına göndərmişdir. Dairə seçki komissiyası müraciətin təmin edilməməsi barədə 19 fevral 2020-ci il tarixli 16/49 saylı əsassız qərar qəbul etmişdir. Həmin qərardan görünür ki, təqdim edilmiş faktlar ciddi araşdırılmayıb.

Namizəd M.Q.Rəhimov müraciətində qeyd edilən seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü qanun pozuntusu baş verməsini iddia etmiş, pozuntulara dair təqdim etdiyi 1 ədəd elektron məlumat daşıyıcısında olan video görüntüləri, həmçinin digər materialları araşdıraraq dairə seçki komissiyasının qərarının ləğv edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticəsinin etibarsız sayılmasını xahiş etmişdir.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, M.Q.Rəhimovun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırılmışdır.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizəd M.Q.Rəhimovun səsvermə günü qanun pozuntularının olduğunu iddia etdiyi 14, 21, 24, 25, 29, və 35 saylı seçki məntəqələri üzrə səsvermə günü müxtəlif maraqları təmsil etməklə həmin məntəqələrdə müşahidə aparmış çoxsaylı müşahidəçilər tərəfindən tərtib edilmiş aktlar və izahatlarla həmin seçki məntəqələrində iddia edilən pozuntuların baş vermədiyi, səsvermə prosesində və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində seçki qanunvericiliyinin tələblərinə riayət olunduğu, protokolların seçki məntəqələrində tərtib edildiyi və surətinin maraqlı seçki subyektlərinə verildiyi öz əksini tapmışdır.

Namizəd M.Q.Rəhimovun müraciətinə əlavə etdiyi 1 ədəd elektron məlumat daşıyıcısında olan video görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin video görüntülərdə qanun pozuntusu kimi göstərilən hallar seçicilərin iradə ifadəsinə və səsvermənin nəticələrinə təsir etməyən hallardır.

Namizəd tərəfindən səsvermənin nəticələrinə dair seçki dairəsinin 6, 17, 18, 21, 26 və 27 saylı məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokollarının surətinin araşdırmaya təqdim edilməsi ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair rəsmi protokolları alınaraq onlara müqayisəli baxış keçirilmişdir. Baxış zamanı 21 saylı seçki məntəqəsinin səsvermənin nəticələrinə dair rəsmi protokolundakı məlumatların şikayətçinin təqdim etdiyi protokol surəti ilə müqayisədə fərqli olduğu aşkar olunmuşdur. Bu hal seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan verməyən pozuntu kimi qiymətləndirilməlidir. Göstərilən pozuntular Seçki Məcəlləsinə görə həmin məntəqə seçki komissiyasında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Beləliklə, 106 saylı Tovuz - Qazax - Ağstafa seçki dairəsinin qeyd edilən seçki məntəqələri üzrə göstərilən hal şikayətin qismən təmin olunması üçün hüquqi əsas yaratmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 106 saylı Tovuz - Qazax - Ağstafa seçki dairəsi üzrə qeydə alınmış namizəd Rəhimov Mütəllim Qara oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 358 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılsın.

2. Dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 16/49 saylı qərarı 21 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

24.02.2020



Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM